BİZNES

Azərbaycan Çinin digər şəhərlərində də ticarət və şərab evləri açacaq
17 MAY
124

Azərbaycan Çinin digər şəhərlərində də ticarət və şərab evləri açacaq

2018-05-17 11:03:00

Azərbaycanın Ukrayna və Latviyada ticarət evlərinin açılması ilə bağlı işlər artıq yekunlaşır. Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. 

Onun sözlərinə görə, bundan əlavə, Çinin Şanxay şəhərindən başqa digər bölgələrində də ticarət və şərab evlərinin açılması nəzərdə tutulub: "Təkcə Şanxayla məhdudlaşmaq olmaz. Çin bazarı kifayət qədər böyük bazardır. Bu ölkənin müxtəlif bölgələri ilə işləməliyik. Bu tipli mexanizmlər Azərbaycanın Çinə qeyri-neft ixracının həcminin artmasında böyük rol oynayacaq". 

R.Məmmədov həmçinin ilin sonuna qədər 12-13 ixrac missiyasının həyata keçiriləcəyini də deyib: "Bu missiyalar həm ənənəvi, həm də yeni bazarlara olacaq". (Report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276