BİZNES

Azərbaycanın inşaat materialları istehsalçısı nizamnamə kapitalını kəskin azaldıb
16 MAY
200

Azərbaycanın inşaat materialları istehsalçısı nizamnamə kapitalını kəskin azaldıb

2018-05-16 09:28:00

Azərbaycanda inşaat materiallarının istehsalı ilə məşğul olan “Garant İnşaat Sənaye” MMC nizamnamə kapitalını 7,2 mln. manat və yaxud 28,8% azaldaraq 17,8 mln. manata endirib. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verib. Məlumata görə, bu məqsədlə kapitalı formalaşdıran 25 min ədəd payın nominal dəyəri 1 000 manatdan 712 manata endirilib.

Xatırladaq ki, “Garant İnşaat Sənaye” MMC 2004-cü ildən fəaliyyət göstərən “Azbentonit” MMC-nin bazasında yaradılıb. Şirkət vaxtilə hazırda fəaliyyət göstərməyən “Garant Holding” MMC-yə daxil olub. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259