BİZNES

"ZARA" Mağazalar şəbəkəsindən şikayət olunub
15 MAY
960

"ZARA" Mağazalar şəbəkəsindən şikayət olunub

2018-05-15 18:48:00

Azad İstehlakçılar Birliyinə ölkəmizdə fəaliyyət göstərən "Retail GROUP AZ" MMC, "ZARA" Mağazaları şəbəkəsindən şikayət daxil olub. Fins.az adı çəkilən qurumun sədri Eyyub Hüseynova istinadən şikayəti nəzərinizə çatdırır. Onun sözlərinə görə,  qeyd olunan yerdən gələn şikayətləri uzun illərdir ki, danışıq yolları ilə həll etmək mümkün olmur. Bu şirkətlə haqlı olaraq yaxın günlərdə Ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətini dayandırmış " Antiinshar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti" şübhə doğuran bir saziş baqlamışlar ki, yalnız bizim icazamiz olduqda malı dəyişin və qaytarın. Düşünurk ki,Dövlətimiz tərəfindən biznes qurumlar üçün yaradılan son dərəcə rahat şəraitdə biznes qurumları sui-istifadə edir və istehlakçıların hüququna hörmətsizliklə yanaşırlar.

Şikayətlə bağlı yazılmış ərizəni təqdim edirik.

Azad İstehsalçılar İctimai Birliyinin 
Sədri Cənab Eyyub Hüseynova
Bakı şəh.F.X.Xoyski pr,ev-81,m-4 
ünvanında yaşayan Rəhmanova Aida Tələt qızı tərəfindən

Ə R İ Z Ə
Yazib sizə bildirirəm ki,10 may 2018-ci il tarixində Nərimanov rayonu F.X.Xoyski pr,ev 830-835 ünvaninda yerləşən “GƏNCLİK MALL” ticarət mərkəzinin ZARA mağazasından “Retail GROUP AZ ,MMC” nin nəzarətində olan “Parfum Wood boards Studioin Melbourne” aldım və 39 AZN ödədim.Parfumun üzərində qiymət AVRO ilə göstərilib.12.95 € . Bu qanunlarımıza ziddir və məndən artıq pul alınmışdır.Seçdiyim parfumun görkəmi açılmamış olsada qoxusu kənara vururdu və qapağıda oynayırdı.Açılmışa bənzəyirdi.Parfum torbaya yerləşdirilib və torbanın ağzı açıq idi. Pulu ödədikdən sonra Satıcıdan  və Zaranın meneccerindən xahiş etdim ki,mənə elə parfum versinlər ki,o təzə və açılmamış olsun. Məni inandırıb parfumu kağız torbaya qoyub mənə verdilər. Evdə həmin kağız torbadan çıxarıb , parfumun xaricinə baxanda ətrafa qoxu verdiyini hiss etdim.Torbanı açmadan qapağının tərpəndiyini gördüm. Qərara gəldim ki ya mənə saxta mal veriblər ya da mal istifadə olunmuş maldır. Parfumun etiketində onun buraxilma və son istifadə müddəti göstərilməmişdir. Bu bir daha malın şübhəli mal olduğu nəticəsinə gətirir. Həmin gün 2(iki) saatdan sonra dükana qayıtdım və mala toxunmadığımı bildirdim. İradlarımı bildirib malı ya dəyişdirilməsini yada qaytarılmasını xahiş etdim. Xahişimi qəbul etmədilər. RETAİL GROUP tərəfindən mənim istehlakçı hüququm əvvəlki illərdə də pozulub. Baş ofisə də getmişəm və hara istəyirsən get cavabını almışam. Mən bu şikayətlə bağlı səhərisi gün Nərgiz Mall-ın binasında yerləşən qrupun şirkətinə gedərək şikayət etdim. Məni  bir şəxs qarşıladı. Mala baxmadan ,məni qısa dinləyib get hara istəyirsən şikayət et cavabını verdi. Mən bilirəm ki,parfumeriya malları dəyişdirilmir,lakin Zara dükanından mənə şübhəli, işlənmiş və ya saxta mal satılmışdır. Xahiş edirəm mənim istehlakçı hüququmu qoruyasınız. Parfum qaytarılsın və mənim ödədiyim 39 AZN geri qaytarılsın. Bu dükan barədə Dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki,əhali aldadılmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253