BİZNES

Kiçik və orta biznesin inkişafı üzrə bu ölkə ilə memorandum imzalanıb
15 MAY
93

Kiçik və orta biznesin inkişafı üzrə bu ölkə ilə memorandum imzalanıb

2018-05-15 13:15:00

Azərbaycan Respublikasının Kiçik və Orta sahibkarlığın İnkişafı Agentliyi və Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyası əməkdaşlıq barədə memorandum imzalayıblar.

Fins.az TASS agentliyinə istinadla xəbər verir ki, sənədi korporasiya tərəfdən baş direktor Aleksandr Braverman, agentlik tərəfdən isə icraçı direktor Orxan Məmmədov imzalayıb.

Memorandum çərçivəsində tərəflər kiçik və orta sahibkarlığın inkişaf seqmentlərinin əsas istiqamətləri üzrə təcrübə mübadiləsi sahəsində maliyyə-zəmanət, informasiya-marketinq dəstəyi də daxil olmaqla, uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Bundan əlavə, tərəflər əməkdaşlığın qurulması və hər iki dövlətin sahibkarlıq qurumları arasında qarşılıqlı məsləhətləşmələrin keçirilməsinə yardım göstərmək niyyətində olduqlarını bildiriblər.

Tərəflər, həmçinin kiçik və orta biznes sahəsində Rusiya və Azərbaycan arasında birgə layihələrin yaradılması və inkişafını, o cümlədən rusiyalı və azərbaycanlı sahibkarlar arasında yüksək texnologiyalar sahəsində layihələrin inkişafını da təşviq etmək niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276