BİZNES

Bakı sakinləri xidmətlərə görə, bu qədər pul ödəyib
15 MAY
186

Bakı sakinləri xidmətlərə görə, bu qədər pul ödəyib

2018-05-15 10:41:00

Cari ilin ilk üç ayında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 238,2 milyon manat olub.

Bakı Şəhər Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 763,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 61,6 faizidir.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 959,8 milyon manat olub.

Cari ilin yanvar-mart aylarında şəhərin hər bir sakini orta hesabla ayda 168,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256