BİZNES

Bu maraqlıdır - Canali
14 MAY
176

Bu maraqlıdır - Canali

2018-05-14 17:20:00

Canali şirkəti 1934-ci ildə İtaliyada ailə biznesi kimi fəaliyyətə  başlayıb. Fins.az xəbər verir ki, bu illərdə Avropa kişi geyimlərinin dəbləri formalaşmaqda idi. Bu zamanlar dəst pencək və şalvarlar insanların daha çox diqqətini çəkməyə başlayır. 1950-ci ildə Canali brendində, ailənin yeni nəslinin nümayəndələrinin fikirləri bu brendə  yeni nəfəs gətirir. 1960-cı ildə isə Canali üst kişi geyimlərinin müxtəlif formalarını yaradır.

Hazırda İtaliyada 7 məkanda Canali şirkətinin tikiş fabriki var. Ümumilikdə şirkətin 1600 işçisi var. Canali brendinin 100 ölkədə 180 butiki,mindən çox ticarət obyektləri var. 

Məlumat üçün bildirək ki, Canali brendinə məxsus butik Azərbaycanda da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276