BİZNES

Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər barədə
14 MAY
313

Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər barədə

2018-05-14 17:02:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə “Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər barədə seminar keçiriləcək.

Tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan mənşə sertifikatları barədə,  onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, ekspertiza prosedurları və tətbiq olunacaq güzəştlər barədə təqdimat keçiriləcəkdir. 

Bu sahədə beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət, ixrac edən sahibkarlar üçün prosedurların asanlaşdırılrması, ixrac potensiallı şirkətlər üçün ixracda tətbiq olunan güzəştlərin verə biləcəyi üstünlüklər və bu güzəştlərdən yararlanmaq üçün tələblər ətraflı müzakirə olunacaqdır.

Sahibkarı maraqlandıran suallar  ekspertlər tərəfindən cavablandırılacaqdır. Tədbir 23 May 2018-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcəkdir.

Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur.

http://iqtisadiislahat.org/registration/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254