BİZNES

Milli Brend - Qəbələ şərabları
14 MAY
195

Milli Brend - Qəbələ şərabları

2018-05-14 15:03:00

Fins.az oxucularına yeni rubrika təqdim edir. Bu rurikada oxucular yerli brendlərimiz ilə tanış olacaqlar. İlk təqdim edəcəyimiz brend "Aqro Azərinvest" MMC -nin istehsal etdiyi Qəbələ şərablarıdır. 

"Aqro-Azərinvest" MMC nisbətən gənc bir şirkətdir, Cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişaf proqramı” (2004-2008) nəzərdə tutulan tədbirlər proqramına uyğun olaraq 2005-ci ildə “Gilan Holding” şirlkətlər qrupu tərəfindən təsis edilmiş və istehsal fəaliyyətinə başlamışdır. Şirkətin bir neçə əsas fəaliyyət istiqaməti vardır: üzümçülük, üzümün emalı və şərab məhsullarının istehsalı (müxtəlif növ ağ və qırmız şərablar, konyak və tünd içki istehsalı). Hazırda respublikanın Qəbələ, Göygöl, Yevlax, Cəlilabad və Lənkəran rayonlarında 825 ha yaxın üzüm bağları salınıb. Bu bağlardan 6 min tondan artıq yüksək keyfiyyətli məhsul yığılır. Göygöl və Lənkəran rayonlarında üzümün qəbulu, ilkin emalı və saxlanılması üçün filialları yerləşir. Şərab və konyak süzmə (qablaşdırma) müəssisəsi isə Qəbələ rayonunda yerləşir.

Müəssisənin Qəbələ rayonununda yerləşən şərab süzmə müəssisəsi İtaliya, Almaniya və digər ölkələrdən alınmış müasir avtomatlaşdırılmış şərabsüzmə xətləri ilə təchiz olunmuşdur. Hazırda müəssisədə və onunla bağlı sahələrdə 650 nəfərə yaxşn işçi çalışır. İl ərzində müəssisədə 2,2 million şüşə spirtli içkilər istehsal olunur.

“Bizim zəmanət-əla keyfiyyət” devizi ilə fəaliyyət göstərən müəssisədə ənənəvi Azərbaycan şərabları olan “Mədrəsə”, “Ağstafa”, “Şamaxı“, “Bayan Şirə və digər şərablarla yanaşı şirkətə məxsus öz brendləri “Qəbələ”, “Nazlı” “Starıy Dvorik” , “Şah”, Azərbaycanın taixi adlarını özündə əks etdirən “İrəvan qalası”, “Basarkeçər”, “Vedibasar” şərabları, «Gold Baku», «Hayat», «Mersi Baku», «Gilan», konyakları, həmçinin "Amigo", "Gold Baku", “Buzz”, “Milord” adlı tünd içkilər istehsal edilir.

Bütün istehsal olunan məhsullar nəfis dada və yüksək keyfiyyətə malikdir, bu dəfələrlə müxtəlif MDB və Avropa ölkələrində keçirilən dequstasiyalarda öz təsdiqini tapmışdır. "Aqro-Azərinvest" MMC şərab və konyak məhsullarının keyfiyyətini və onların dizayn tərtibatını beynəlxalq standartlara çatdırmaq üçün tanınmış Fransa şirkətləri “Version Oriqinale”, “Raoul Domec”, İtaliyanın “Bormioli Luigi”, “Vetroelite” və s.şirkətlərlə sıx əməkdaşlıq edir.

Hazırda "Aqro-Azərinvest" MMC-də 50 dən cox adda şərab, konyak, tünd ickilər, o cümlədən daxili və xarici alıcıların rəğbətini qazanan "Gold Baku" grappa üzüm içkisi istehsal olunur. Şirkətimizin yüksək keyfiyyətli konyak və şərabları istər yerli bazarda istərsə də xarici bazarlarda xüsusi rəğbət qazanmışdır.

Müəssisənin məhsulları daxili bazarda elit supermarketlərdə, mehmanxana və restoranlarda, eləcə də Heydər Əliyev adına

Beynəlxalq Aeroportun “Duty Free” mağazalarında, xarici vətəndaşlar və diplomatlar üçün nəzərdə tutulmuş “Diplomat-shop” mağazasında uğurla satılır, “Azal” şirkətinin təyyarələrinin salonlarında sərnişinlərə təklif olunur.

Müəssisədə 40 yaxın adda müxtəlif növlü ağ və qırmızı şərablar, eləcə də nar şərabları istehsal olunur. İstehsal olunan şərab məhsulları müxtəlif olçüdə (187 ml, 375 ml, 750 ml) şüşə butulkalarla yanaşı müxtəlif ölçülü “Bag in-Box”, “PET” və saxsı qablara süzülür.

“Aqro-Azərinvest” MMC-nin məhsulları bir sıra diplomalara, sertifikatlara, meddallara layiq görülmüşdür.

“Aqro-Azərinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Qəbələ-Şərab zavodunun) istehsalı olan 15 illik “GILAN” konyakı və “İRƏVAN QALASI” ağ süfrə şərabı 2015-ci ilin 9-13 fevral tarixində Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal "PRODEXPO - 2015" 22-ci Beynəlxalq sərginin “2015-ci ilin ən yaxşı məhsulu” laureatı DİPLOMunu və QIZIL MEDALını alıb.

"Aqro-Azərinvest” MMC şərabçılığın inkişafına görə "UĞUR"-2013 Milli mükafatına layiqgörülmüşdür.

“Vəzir” və “Babək” konyakları Moskva şəhərində keçirilən Beynəlxalq “Şərab və Spirtliiçkilər” Müsabiqəsində gümüş, Londonda keçirilən «International Wine and Spirit Competition» Beynəlxalq müsabiqəsində isə 3 bürünc medala layiq görülmüşdür.

10-14 fevral 2014-cü il tarixində Moskva şəhərində “21-ci Beynəlxalq qida məhsulları, içkilərvə onların istehsalı üçün xammal sərgisi “PRODEKSPO-2014” keçirilmişdir. Şirkətimizintəqdim etdiyi “BASARKEÇƏR” qırmızı süfrə şərabı və “GOLD BAKU” 8 illik konyakıBeynəlxalq Müsabiqə Komissiyasının bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və istehsal etdiyi bu məhsullara görə “Aqro-Azərinvest” MMC, sərginin “Ən yaxşı məhsul”nominasiyasının laureatı diplomu və qızıl medalı ilə təltif olunmuşdur.

Müəssisədə istehsal olunan şərab və konyak məhsullarının böyük hissəsi xarici ölkələrə ixrac olunur. Bu ölkələrin içində Rusiya, Çin, Belorusiya, Qirğızıstan, Almaniya və s. ölkələri göstərmək olar. İstehsal olunan hazır məhsulla yanaşı "Aqro-Azərinvest" MMC Rusiya, Qirğızıstan və Gürcüstana konyak spirti və şərab materialı xammal kimi ixrac edilir.

“Aqro-Azərinvest” MMC-nin fəaliyəti əsasən ixrac yönümlüdür demək olar ki, istehsal olunan məhhsulların 70% xarici ölkələrə ixrac olunur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254