BİZNES

“AmCham Azərbaycan”ın nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
14 MAY
191

“AmCham Azərbaycan”ın nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir

2018-05-14 13:33:00

 

Azərbaycanda fəaliyyət göstərən və ABŞ investisiyasını təmsil edən 10 nəfərdən artıqşirkət rəhbərindən ibarət nümayəndə heyəti Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) dördgünlük “Door-Knock” missiyası çərçivəsində mayın 14-də Vaşinqtona səfər edib.

“AmCham Azərbaycan”ınicraçı direktoru xanım Natəvan Məmmədova və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti,“AmCham Azərbaycan”ın Direktorlar Şurasının üzvü Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyətində “Chevron Xəzər”, “KPMG Azərbaycan”, “Coca-Cola”, “Nobel Oil”in Azərbaycan filialı, “FedEx Express”, “Cross Caspian Oil and Gas Logistics”, “Boeing” və “John Deere” şirkətlərinin təmsilçiləri iştirak edirlər.

“AmCham”tarixində ilk dəfə keçirdiyi “Door-Knock” missiyasının məqsədi Azərbaycana investisiyaları təşviq etməkdən ibarətdir. Bu məqsədlə “AmCham” nümayəndələri  dörd gün ərzində ABŞ Konqresinin üzvləri, Administrasiya rəsmiləri, analitik mərkəzlərin əməkdaşları, ABŞ biznes icmasının rəhbərləri və digər şəxslərlə çoxsaylı görüşlər keçirəcək. Görüşlər zamanı nümayəndə heyəti müvafiq şəxslərə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, biznes imkanlarının potensialı və ABŞ-Azərbaycan iqtisadi münasibətləri haqqında ətraflı məlumat verəcək.

Bundan başqa, səfərzamanı nümayəndə heyətiABŞ Ticarət Palatasında keçiriləcək Üçüncü Trans-Xəzər Forumuna da qatılacaq. Forumda ABŞ-ın və Trans-Xəzər dəhlizi ölkələrinin ictimai xadimləri və biznes liderləri bir araya gələrək strateji tərəfdaşlığın inkişaf etdirilməsi, o cümlədənbiznes, ticarət və investisiya imkanlarını müzakirə edəcəklər.

Növbəti günlər ərzində missiya və onun nəticələri barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı, aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254