BİZNES

Çin və ABŞ ZTE barədə razılığa gəlmək istəyirlər
14 MAY
144

Çin və ABŞ ZTE barədə razılığa gəlmək istəyirlər

2018-05-14 10:57:00

ABŞ və Çin şərq ölkəsinin telekomunikasiya sahəsində nəhəng ZTE şirkətinə qarşı sanksiyaların azaldılmasını birgə müzakirə edəcəklər. Fins.az xəbər verir ki, bu barədə The Washington Post məlumat verib.

Məlumata görə, Donald Tramp Çin şirkətinə qarşı restriksiyanın azaldılması əvəzində konkret addımların atılmasını tələb edir.

ZTE sanksiyaların azaldılması əvəzində Çin də statuskvonu bərpa edərək ABŞa kənd təsərrüfatı sahəsində güzəştlərin edəcəyi deyilir.

Həmçinin dərginin verdiyi məlumata görə, ABŞ ZTE sanksiyaların azaldılması əvəzində Çinnin İrana qarşı sanksiyalarda aktiv iştirakını tələb edib.  Çin isə ZTE qarşı bütün sanksiyaların  7 il ərzində tam dondurulmasını tələb edir.

Məlumat üçün bildirək ki, bir meddət əvvəl ABŞ prezindenti Donald Tramp öz twitter səhifəsində elan etmişdi ki, bütün ABŞ şirkətləri Çinə məxsus ZTE şirkətindan heçnə almamalı və bu şirkətə heç bir məhsul satmamalıdır. ZTE ABŞ bazarından istehal etdiyi məhsulların 25-30% xammalını alır.

ZTE  şirkəti telekomunikasiya sahəsində həmçinin smartfon bazarında dünya nəhənglərindən biri hesab olunur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254