BİZNES

565 milyon büdcəyə malik yeni biznes sahəsi
14 MAY
415

565 milyon büdcəyə malik yeni biznes sahəsi

2018-05-14 10:04:00

Steviya bitkisi, başqa adla şəkər otu. Bu bitki ilk dəfə 1887-ci ildə Cənubi Amerikalı elm adamı Antonia Berton tərəfindən kəşf edilib. İki il sonra bitkinin təsnifatı aparılıb və 1908-ci ildə Paraqvayda mənşəyi,  faydaları, təsərrüfat əhəmiyyəti aydınlaşdırılıb. Sonralar Braziliya, Kolumbiya, Meksika, Peru, Yaponiya və Cənubi Koreyada yetişdirilib və dünyanın müxtəlif ölkələrinə ixracatı  həyata keçirilib. Kimyaçılar bitkinin sirrini açmaq üçün yarpaqlarından əldə etdikləri ekstrat  üzərində analizlər aparıblar və ağ kristal quruluşda olan, "stevioside" adı verilmiş saf bir məhsul əldə ediblər.  Bu məhsulun emal edilmiş  şəkərdən 100 qat daha çox şirin olduğu məlum olub.  Avropa Birliyi Komissiyası 2011-ci ildə tərkibində stevia maddələri olan stevioglikosidlərin qida qatqı maddəsi olaraq istifadəsinə icazə verib.  Toksikolojik testlər maddənin, genotoksik, kanserogen ya da insan sağlamlığına hər hansı bir mənfi təsirinin olmadığını göstərib. 
Steviya, yarpaqlarının təbii ekstraktları sayəsində normal şəkərdən  qat-qat  daha çox dadlandırıcı xüsusiyyətə malik  bir bitkidir. Diabet, yüksək təzyiq, köklüyün müalicəsi üçün mükəmməldir. Siqaretdən yaxa qurtarmaq istəyənlərə tövsiyyə olunur, orqanizmdə nikotin istəyini azaldır və tərgitməyə kömək edir. 
Necə istifadə olunur? Yarpaqlarını qurudaraq ya da çiy halda istifadə oluna bilər. Qurudulmuş yarpaqlarını toz halına gətirib istədiyiniz içki ilə qarışdıra bilərsiz.
Faydaları:
•    Dərini qidalandırar ve qırışıqları düzəldir. Dəriyə qulluq üçün maska kimi də istifadə edilə bilər;
•    Şəkər xəstəliyinin (diyabet) müalicəsinə kömək edir;
•    Yüksək təzyiq  xəstələrinə yaxşı təsir edir;
•    Qəbizlik, stress və əsəbə qarşı  təsirlidir;
•    Bağırsaq və mədə sistemini qoruyur;
•    Mədə turşuluğunun tarazlığını təmin edir.
Bilinən və rastlaşılan hər hansi bir əks təsiri yoxdur. Hazırda, Şimali Amerikada müəyyən edilmiş 80-dən çox növü, Cənubi Amerikada isə 2000-dən çox yerli növü olduğu təxmin edilir.  2011-ci ilin məlumatlarına görə, bitkinin dünya üzrə istehsal sahəsi 67.000 hektardır. Dünyada istehsalının 90-95% -ni  təmin edən Çində 60.000 hektarda əkilir. 3.000 ha istehsal sahəsi ilə  Paraqvay, 2.000 ha İstehsal sahəsi ilə Argentina, Çindən sonra  sırada yer alır. Çində istehsalın bu qədər çox olması sayəsində, istehsalının 80%-ini digər ölkələrə ixrac edir. 2011-ci ildə  bitkinin istehsal həcmi  3,5 milyon ton olub, ümumi ticarət dövriyyəsi 285 milyon dollar təşkil edib. Tədqiqatçıların fikirincə, steviya bitkisinə 2018-ci ildə də ən cox tələbat  olacaq. ABŞ-ın “Cargill”, “Tate & Lyle”, “PureCircle”, “GLG life Tech Corp”, “Merisant” şirkətləri şəkəri əvəz edən bitkinin istehsalı üzrə liderliyinı qoruyur. Buna baxmayaraq ən böyük bazar  Аsiya-Sakit Okean ölkələridir (35,3% ) – Çin,  Yaponiya və Cənubi Koreya. Bu dövlətlər istehlakında coxdan steviya bitkisindən istifadə edir.
Turkiyənin Rizə bölgəsində təcrübə məqsədilə əkini uğurla başa catıb, 2010-cı ildə Antalyada əkilməyə başlanıb. İlk məhsul 2012-ci ildə əldə edilib  və ölkə üzrə yayılıb. Bu bitki şitil ya da toxum şəklində satılır. 15-20 toxumu olan qablarda qiyməti 2,4-4,8 manat arası dəyişir. Şitili isə 2,4-3,3 manatdır. 
Dünyada hər gün 150 milyona yaxın insan steviya istifadə edir.  Təbii bir dadlandırıcı olduğu üçün gələcəkdə sənayedə daha çox yer tutacaq. Proqnozlaşdırılır ki, dünyanın steviya istehlakı bazarı 2014-cü ildəki 347 milyon dollar həcmdən genişlənərək 2020-ci ildə  565 milyon dollarlıq  büdcəyə çatacaq, bu da illik 8,5% artım deməkdir. Dünya uzrə istehlak həcminə görə 2020-ci ilin sonuna qədər 8 506.9 tona çatacaq ki, bu da proqnozlaşdırılan dövrə görə hər il 7-8% artımdır. 
Yeni biznes sahəsi axtarışında olan sahibkarlarımıza müraciət edərək deyirik ki, bu bitkinin əkilib-becərilməsinə maraq göstərsinlər. Gələcəyin gəlirli sahəsidir, dövlət səviyyəsində ölkəmizdə bölgələr araşdırılaraq istehsalçılarımızın bu bitkinin yetişdirmələrinə yönləndirilməsi təmin edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254