BİZNES

Nobel Oil Services məhdud imkanları olan gənclər üçün əmək yarmarkasında iştirak edib
11 MAY
391

Nobel Oil Services məhdud imkanları olan gənclər üçün əmək yarmarkasında iştirak edib

2018-05-11 20:07:00

Nobel Oil Services məhdud imkanları olan gənclər üçün nəzərdə tutulan əmək yarmarkasında iştirak edib.

“İnanırıq ki, sosial baxımdan məsuliyyətli işəgötürənlər məhdud imkanları olan insanları onlara uyğun şərait təklif etməklə əmək bazarına inteqrasiya etmək üçün öz resurslarından istifadə etməlidir. Nobel Oil Services şirkətlər qrupunda məhdud imkanları olan insanlara xüsusi diqqət ayırırıq və onların üstün cəhətlərini ifadə etmələri üçün iş mühitinin təmin edilməsinə davamlı səy göstəririk. Şirkətlər qrupu daxilində, cəmiyyətin həssas üzvləri kateqoriyasına aid təqribən 90 nəfəri işlə təmin edirik və bu əmək yarmarkasından sonra yeni namizədlərin cəlb edilməsini gözləyirik”, - deyərək Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları Meneceri Ellada Alışova qeyd edib.

“Biz çoxlu sayda istedadlı və işə həvəsli gənclərlə görüşdük və onların karyera inkişafı üçün imkanlar yaratmağa şadıq. Biz, məşğulluq imkanları axtaranlar üçün bu platformanın yaradılmasına görə təşkilatçılara da təşəkkür edirik”, - o əlavə edib.

Tədbir zamanı Nobel Oil Services nümayəndələri şirkətin fəaliyyəti və mövcud vakansiyalar barədə tələbələrə məlumat verib, sonuncu kurs tələbələrindən və məzun olmuş şəxslərdən onlarla ərizələr qəbul edib və ilkin müsahibələr üçün bir sıra namizədlər seçib.

Nobel Oil Services korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirir və fəaliyyət göstərdiyi sahəyə töhfə vermək üçün davamlı imkanlar axtarır.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257