BİZNES

Elmir Əliyev: "Müştərimizin müştərisi bizim müştərimizdir"
11 MART
657

Elmir Əliyev: "Müştərimizin müştərisi bizim müştərimizdir"

2018-03-11 13:09:00

Extra Service MMC şirkəti artıq 17 ildir ki, Azərbaycan Respublikası Bakı şəhərində fəaliyyət göstərir. Şirkət  
Azərbaycanda müştəriyə özəl promo məhsullarının satışı ilə tanınır. Bu illər ərzində şirkətin bir çox uğurları olub. Daima müştərilərini düşünən Extra Service MMC şirkəti müştərilərinə sərfəli və keyfiyyətli promo hədiyyəli məhsullar təqdim edir.

Extra Service MMC-ni rəhbəri Elmir Əliyevin sözlərinə görə, müştərilərin aldıqları promo hədiyyələri öz müştərilərinə hədiyyə etdiyi üçün şirkətin sloqanı "Müştərimizin müştərisi bizim müştərimizdir" olub. Həmçinin Elmir Əliyev qeyd edib ki, cənab prezidentin yüksək zəhməti sayəsində, həmçinin Azərbaycanda baş verən inkişaf fonunda biz də daim inkiaşf etməyə çalışırıq. 

Şirkət rəhbərinin sözlərinə görə, 01.01.2018 il tarixindən Extra Service yeni müasirləşmiş və daha perspektivli iş sistemi ilə çalışır. Belə ki, yenilik sayəsində artıq şirkətin müştəriləri özləri məhsulu birbaşa Türkiyədən sifariş edə bilər. Şirkət rəhbərinin sözlərinə görə bu çox çətin bir iş olmağına baxmayaraq onlar bu işin də öhdəsindən gələ biliblər. 
 

Məlumat üçün bildirək ki, Extra Service MMC-nin xidmətləri və gördüyü işlər barədə maraqlananlar www.esco.az web səhifəsindən əldə edə bilərlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254