BİZNES

İİTKM-də Ulu öndər Heydər Əliyev anılıb
10 MAY
194

İİTKM-də Ulu öndər Heydər Əliyev anılıb

2018-05-10 14:44:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Qeyd olunub ki, Heydər Əliyevin sovet dövründə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü işlər sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rol oynamışdır. Heydər Əliyevin sovet dövlətinin rəhbərlərindən biri kimi siyasi olimpə yüksəlməsi Azərbaycan siyasi tarixinin parlaq nümunəsidir. Ulu öndərin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni böhrandan və parçalanmaq təhlükəsindən xilas edib. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ictimai-siyasi sabitliyi yaratmaqla dövlətçiliyi bərpa edib. Heydər Əliyevin torpaq islahatı və özəlləşdirmə siyasəti iqtisadi islahatların məhək daşı olub. Məhz, Ulu öndər qeyd edib ki, “Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik”. Neft strategiyasının əsasının qoyulması və uğurla icra edilməsi, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinəbaşlanılması, yoxsulluğun azaldılması, infrastrukturun bərpası və ordunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev həmişə mədəniyyət, ədəbiyyat, elm və təhsilin inkişafını diqqətdə saxlayıb. Müzakirələrdə qeyd edilib ki, Prezident İlham Əliyev Ulu öndərimizin kursunu uğurla davam etdirir. Tədbirdə Ulu öndərə həsr edilən video-çarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256