BİZNES

Xorvatiya şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
10 MAY
144

Xorvatiya şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır

2018-05-10 12:30:00

Tikinti sahəsində planlaşdırma və idarəetmə, araşdırma və tədqiqat, yol infrastrukturu, layihə quruculuğu, texniki nəzarət, tullantıların idarə edilməsi ilə məşğul olan Xorvatiyanın “IH” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildirilib ki, hazırda şirkət 12 ölkədə fəaliyyət göstərir. Xorvatiya ilə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Albaniya, Bolqarıstan, Gürcüstan (6 layihə), Rusiya (Adler-Alpika yolunun tikintisi layihəsi) və Ukraynada yol infrastrukturu sahəsində layihələrdə (yol, körpü, tunellərin və hava limanının tikintisi) iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254