BİZNES

Türkiyə seriallarının yarıdan çoxunu xaricə satır
08 MAY
302

Türkiyə seriallarının yarıdan çoxunu xaricə satır

2018-05-08 13:31:00

Türkiyə Radio və Televiziya Yayımları Qurumu sektor ilə bağlı 2018-ci il üçün nəticələrini açıqlayıb.

Fins.az MediaCat-a istinadən  xəbər verir ki, 6 May Dünya Radio Günündə təşkil edilən mətbuat konfransında media istehlak məlumatları, media xərcləri, kontent adlı başlıqlarda mövcud vəziyyət və gələcəklə bağlı proqnozlar paylaşılıb.

Hesabata görə, Türkiyə orijinal serial, filmlərin istehsalı kateqoriyasında ilk beş ölkə arasında yer alıb. Həmin beş ölkə isə Hindistan, Çin, Rusiya, Nigeriya, Türkiyədir.

Dünyada televiziya kanalları kontentlərin təxminən 30%-ni digər ölkələrdən idxal edir. Bu idxal kontentlərinin 25%-ni Türk istehsalı olan film, seriallar təşkil edir.

Hesabatda, 2017-ci ildə dünya miqyasında 48 bölgənin informasiyalarının araşdırılması nəticəsində 4 min 100 ədəd idxal televiziya kontentinin də yayıma daxil olduğu bildirilib.

Bu kontentlərin ölkə miqyasında ən böyük beş ixracatçısı isə ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyədir.

Qurumun açıqladığı hesabata görə, Türk film, serial sektorunda hər il təxminən 100-ə yaxşın kontent istehsal edilir. Bunların 75%-i 140-dan çox ölkəyə ixrac edilir. Bu informasiyalar əsasında Türkiyə, ABŞ-dan sonra dünyaya ən çox film, serial ixrac edən ikinci ölkə mövqeyində dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259