BİZNES

II maliyyə və investisiya forumu - Maraqlı panellər və yüksək təşkilatçılığı ilə diqqət çəkdi - VİDEO
08 MAY
319

II maliyyə və investisiya forumu - Maraqlı panellər və yüksək təşkilatçılığı ilə diqqət çəkdi - VİDEO

2018-05-08 11:09:00

 Bakıda «Pullman» otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) «Rəqəmsal Biznes Trendləri» devizi altında keçirilib.

Builki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və Infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması, regionun əhəmiyyətli iqtisadi Oyuncu Kimi Azərbaycan Respublikasının APARICI mövqeyinin daha da gücləndirilməsi istiqamətində Dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. «İnvestisiya Strategiyaları», «Maliyyələşmə Strategiyaları», «Vergi Siyasəti və Mühasibat Uçotu» adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılıb. Forumda özəl şirkətlərlə yanaşı, əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edir. Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək.

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru «ATA Sığorta» ASC, Bank sponsoru isə «AFB Bank» dır.

Qeyd edək ki, Maliyyə və İnvestisiya Forumu ilk dəfə olaraq keçirilir. İlk forum 5 мая 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256