BİZNES

“Nokia” milyonlarla dollara aldığı şirkəti satır
07 MAY
207

“Nokia” milyonlarla dollara aldığı şirkəti satır

2018-05-07 13:48:00

“Nokia” iki il bundan öncə aldığı rəqəmsal səhiyyə şirkəti “Withings”i satır. Fins.az xəbər verir ki, şirkət bu həmləsi ilə səhiyyə sektorundan çəkilir. “Nokia” rəhbərliyi ilə şirkətin təsisçisi olan Eric Carreel arasında satış işləri ilə bağlı danışıqlar başlayıb.

Şirkət bu addımı ilə son müştəriyə xitab edən bazardan çıxaraq B2B (business-to-business ) və lizenziya sahəsinə fokuslanacaq.

Qeyd edək ki, “Withings”in məhsul kateqoriyasına son müştəriyə xitab edən hibrid “ağıllı” saatlar, tərəzi, rəqəmsal sağlamlıq cihazları daxildir.

“Nokia” “Withings”i 2016-ci ildə 196 milyon dollara alıb. Şirkət platformanı almamışdan öncə 200 nəfər işçisi olub. Satışdan sonrakı rəqəm isə iki dəfə artaraq 400-ü keçib. “Nokia” satış və digər şərtlər ilə bağlı açıqlama verməyib.

Ekspertlər isə satışın 2018-ci ilin ikinci rübündə başa çatacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276