BİZNES

İspaniyalı biznes nümayəndələri Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edir
03 MAY
249

İspaniyalı biznes nümayəndələri Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edir

2018-05-03 19:31:00

İspaniyalı biznes nümayəndələri Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransında iştirak edir.

İspan Biznes Təşkilatları Konfederasiyasının (CEOE) vitse-prezidenti və xarici əlaqələr komissiyasının rəhbəri Xoakin Qay de Montella və beynəlxalq əlaqələr üzrə direktoru Narsisso Kasado tədbirdə iştirak edirlər. Bu barədə xəbər konfederasiyanın rəsmi internet səhifəsində və ölkənin iqtisadi xəbər resurslarında yerləşdirilib.

İspaniyalı iş adamları konfrans çərçivəsində tarif fərqlərinin aradan qaldırılması, ticarət və sərmayələrin liberallaşdırılması və normativ bazanın möhkəmləndirilməsi istiqamətində danışıqlar aparırlar. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255