BİZNES

"Caspian Energy Forum Tbilisi– 2018"in proqramında dəyişiklik edilib
03 MAY
161

"Caspian Energy Forum Tbilisi– 2018"in proqramında dəyişiklik edilib

2018-05-03 12:18:00

Gürcüstanda baş verən siyasi proseslər və qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar "Caspian Energy Forum Tbilisi - 2018"in proqramında Gürcüstan hökumətini təmsil edən iştirakçılarla bağlı müəyyən dəyişikliklər edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu barədə  "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib: "Bu barədə yaxın vaxtlarda əlavə məlumat verəcəyik".

“Caspian Energy Forum Tbilisi – 2018” Azərbaycan və Gürcüstan dövlətlərinin yaranmasının 100 illiyinə, həmçinin Xəzər-Qara dəniz regionunda həyata keçirilən müasir enerji və iqtisadi siyasətin banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Caspian European Club rəsmi dəstək verir.

Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-dək nümayəndə iştirak edəcək. 

Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.

Telman Əliyev əlavə edib ki, qeydiyyatdan  http://caspianenergyforum.com/tbilisi/index.php/ru/  linki vasitəsilə keçmək mümkündür.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European" Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Onların hər ikisi iki il ərzində "Caspian European Club"un İdarə Heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada 2Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar. Yarandığı ilk gündən "Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

"Caspian Energy" dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272