BİZNES

Fransa Azərbaycanla iqtisadiyyatın hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır?
03 MAY
102

Fransa Azərbaycanla iqtisadiyyatın hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır?

2018-05-03 11:31:00

Fins.az xəbər erir ki, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez “Report”a müsahibə verib.  Fransa Azərbaycanla iqtisadiyyatın hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır? sualına səfir Orelia Buşezin cavabını təqdim edirik. 

Fransanın bir çox iş adamları Azərbaycan bazarına maraq göstərir və ölkənin təklif etdiyi müxtəlif biznes imkanlarını araşdırmaq üçün Bakıya müntəzəm səfər edir. Avropa, Rusiya və Orta Asiya bazarları arasında əlaqələr yaradılmasında Azərbaycanın coğrafi mövqeyi böyük üstünlük təşkil edir. Aydındır ki, hökumətin elan etdiyi islahatlar, xüsusilə vergi siyasəti sahəsindəki layihə potensial fransız və beynəlxalq investorların Azərbaycana maraq göstərməsinə təsir edəcək. Bizim ictimai-siyasi və texniki əməkdaşlığımız həyata keçirilən və gələcəkdə həyata keçiriləcək islahatlara dəstək olmaqda davam edəcək. Azərbaycan bu gün mübadilələrimizdən faydalanan tərəfdir və Fransa tərəfinin ölkə ticarət balansı mənfi 0,5 mlrd. avro təşkil edir deyə Orelia Buşez bildiri. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277