BİZNES

Bu məsələlər üçün sahibkarlara güzəştli kredit veriləcək
01 MAY
299

Bu məsələlər üçün sahibkarlara güzəştli kredit veriləcək

2018-05-01 15:19:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən verilən məlumata görə, rayon üzrə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq kompleksinin yaradılması;

- süd emalı və sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması;

- kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması;

- kənd turizmi layihəsi;

- otelin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256