BİZNES

Azərbaycanın 2 vətəndaşı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edib
30 APREL
223

Azərbaycanın 2 vətəndaşı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edib

2018-04-30 12:05:00

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. Fins.az xəbər verir ki,Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda 2 ölkə vətəndaşının Dövlət İmtahan Mərkəzinin elan etdiyi ümumi müsahibənin nəticələrindən Apellyasiya Şurasına ünvanladığı şikayətlərə baxılıb və müvafiq qərar qəbul edilib.

İclasda həmçinin, ölkə prezidentinin 5 aprel 2018-ci il tarixli dərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin yeni redaksiyasından irəli gələn vəzifələrin icrası müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254