BİZNES

İsveçrə şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar
27 APREL
249

İsveçrə şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar

2018-04-27 10:22:00

İsveçrə şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar. Bu barədə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri Ervin Bollinqer səfir Xanım İbrahimova ilə görüşdə bildirib ki, İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Amman bu il iyulun 8-dən 11-dək Azərbaycanda səfərdə olacaq. Səfər zamanı Yohan Şnayder-Ammanı nəhəng İsveçrə şirkətlərinin nümayəndələri müşayiət edəcəklər.

Səfir Xanım İbrahimova Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə İsveçrə tərəfinə məlumat verib. Bir sıra digər ölkələrdən fərqli olaraq, İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investisiya qoyduğunu vurğulayan səfir Xanım İbrahimova “Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən birini həyata keçirdiyini bildirib.

Son illərdə ölkəmizdə həyata keçirilən nəqliyyat və infrastruktur layihələrinin İsveçrə şirkətlərinin marağına səbəb olduğunu bildirən E.Bollinqer səfər çərçivəsində bu layihələrdə İsveçrə şirkətlərinin iştirakı imkanlarının nəzərdən keçiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259