BİZNES

Azərbaycan şirkətləri Gürcüstan ilə iqtisadi-ticarət əlaqələrində mühül rol oynayacaq
26 APREL
121

Azərbaycan şirkətləri Gürcüstan ilə iqtisadi-ticarət əlaqələrində mühül rol oynayacaq

2018-04-26 12:55:00

"Azərbaycan şirkətlərinin Tbilisidə (Gürcüstan) keçirilən 22-ci Beynəlxalq İnşaat və Dizayn Sərgisi - "Caucasus Build 2018"də iştirakından məmnunuq. Bu, iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaq, qarşılıqlı münasibətlər və inkişaf üçün yeni imkanlar açır". Fins.az Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat nazirini müavini İrma Kavtaradze deyib. 

"Biz iki ölkə olaraq birgə bir sıra layihələr həyata keçiririk. Bu layihələr bizim xalqlarımızın, eləcə də region dövlətlərinin inkişafında mühüm rol oynayır. Azerbaycan şirkətlərinin bu sərgidə iştirakı bizim üçün yeni imkanlar açacaq. Bu yolla həm Azərbaycan şirkətləri xaricdən tərəfdaş tapacaqlar, həm də bizim şirkətlərlə birgə layihələrdə iştirak məsələlərini müzakirə edəcəklər. Hesab edirəm bizim bu cür sərgilərdə iştirakımız çox vacibdir"- deyə İ.Kavtaradze vurğulayıb. 

Sərgidə Azərbaycanın "Sumqayıt Texnologiyalar Parkı" MMC “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materialları, eləcə də "Fəxrəddin" MTK istehsal etdiyi tikinti materiallarını nümayiş etdirir. Ümumilikdə isə sərgidə 200-ə qədər xarici şirkət iştirak edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276