BİZNES

Aqrosektorda iş qurmaq üçün 7 biznes trend
25 APREL
508

Aqrosektorda iş qurmaq üçün 7 biznes trend

2018-04-25 15:38:00

Bəlkə də bizim region üçün yeni trend GPS və dronların aqrobiznesdə tətbiqidir, amma dünya üçün bu dünənki reallıqdır artıq. Bugün fermerlərin başqa qayğıları var. Günümüzün aqrosektorunda mövcud trendlərlə bağlı məqalə hazırlamağa qərar verdik. 

          1-ci trend: Kooperativlər

  • Bizdə kooperatvilərlə bağlı qanun hələ də qəbul edilməyib bildiyim qədər. Qardaş Türkiyənin iqtisadiyyatı kooperativlər sayəsində çox inkişaf elədi. Bəlkə də bizdə 90-cı illərdə kooperativlərlə bağlı pis təcrübə olduğu üçün belədir. Çox təəssüf ki insanlarımız bir-birinə güvəni itirib. Halbuki elimiz bireyrdə dağ oynadar  yerindən deyiblər. Bir kooperativdə birləşən fermerlər birlikdə texnika, gübrə, əkin materialları ala bilərlər. Daha böyük ərazi üçün daha çox kredit əldə edə bilərlər. Birlikdə daşınma, maketinq, satış da asan və ucuz olar. Məsələn bir kooperativdə birləşən fermerlər öz məhsullarını daha yaxşı qablaşdırıb, sertifikatlaşdırıb baha sata bilərlər.
    Xaricdə kooperativlər qiymət siyasətinə, yatırımlara, təhsilə də təsir edə bilirlər.

  • 2-ci trend: Fərqli əkin (нишевые культуры)Bu sözü düz tərcümə edə bilmədim. Amma demək istədiyim budur: Adətən yerli fermerlər qarğıdalı, buğda, günəbaxan əkirlər. Bunlarla eksporta çıxmaq çətin məsələdir. Sentnerimiz az, məhsullarımız Avropadan geridə. Amma elə məhsullar var ki, bizdə az əkilir, bunları xaricə satmaq olar. Məsələn: lobya, mərcimək, noxud.
    Bu məhsullar üçün böyük sahələr lazım deyil, bütün məhsulu eksporta göndərmək olar. Bəlkə də sovet dövründə bəzi toxumları Azərbaycanda əkmək mümkün deyildi, amma iqlim dəyişikliyi əkinçiliyə təsirsiz ötüşmür.
  • 3-cü trend: Autsors

    Sadə bir misalla izah etsək, bir şirkət qurursunuz. Yerli kooperativ və fermerlərin məsələn mühasibat işlərini görürsünüz. Yaxud fermerlərə hüquq məsləhəti xidməti göstərin. Bu olur autsors. Vəya texnikalara qulluq edən vəya icarəyə verən şirkət də qurmaq ağıllı işdir.

  • 4-cü trend: Texnologiya

    Əhali artdığı üçün ərzaq təminatçıları daha çox məhsul əldə etmək üçün GMO-dan əl çəkmək istəmirlər. Məhsulları daha verimli əldə etmək və uzun müddət saxlaya bilmək üçün texnologiyalara hər zaman ehtiyac olacaq.

  • 5-ci trend: Yeni bazarlara EXPORT

    Azərbaycanın çox yerini gəzmişəm. O bölgələr ki, məhsulunu eksport edir, oralar çox zəngin yaşayır. Məsələn, Quba, Göyçay, Şəmkir insanı məhsullarını Rusiyaya eksport edə bilmək ənənəsinə sahibdir.
    Amma daha yaxşı bazarlar da mövcuddur. Məsələn, Avropa Birliyi böyükdür, orda məhsullarınızı daha baha sata bilərsiniz. Mən Avropada göbələyin qiymətini görəndə dəhşətə düşmüşdüm.
    Çin çox böyük bazardır. Onlar GMO-suz məhsul tələb edirlər. Bizdən Çinə gedib mal gətirən çoxdur. Orda bazarı tutmaq çətin olmayacaq yəqin ki.
    Afrikada ət istehlakı böyük templərlə artmağa başlayıb. Asiyada şəhərləşmə sürətlənir və yerli əhali düyüdən başqa da qidalar tələb edir artıq. İqlimləri isə bir çox əkinə şərait yaratmır.

  • 6-cı trend: Biznesi AB-nə uyğunlaşdırmaq

    Yuxarıda qeyd etdiyimiz kimi yerli fermerlərin kifayət qədər qayğısı olduğu üçün onun məhsullarını Avropa bazarına çıxarmaq kimi çox sənəd-sertifikat tələb edən işlərlə məşğul olması çətindir. Bir şəkildə aqrobiznesmenlərə yardım etmək üçün azpromo kimi fondlar işlər görürlər sağolsunlar. Amma daha çox məhsulu eksporta göndərmək üçün potensial var.

  • 7-ci trend: Xammal yox brend satmaq

    Tutaq ki, fermersiniz və günəbaxan əkirsiniz. Bu günəbaxanı tonla satmaqdansa məsələn günəbaxan yağı istehsal edib satmaq daha gəlirli işdir. Yaxud atıqlardan nə isə istehsal eləmək də yaxşı fikirdir. Bloqumuzda yun artığından gübrə istehsalı barəsində video yerlışdirmişdik.

Aqrosektor da çox inkişaf edir, dəyişir. Bəlkə də bugün üçün bunlar trenddir, sabah başqa işlər, ideyalar daha maraqlı ola bilər.

©  agroexpert.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254