BİZNES

Hesablama Palatası ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata rəy verib
25 APREL
116

Hesablama Palatası ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata rəy verib

2018-04-25 15:26:00

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Fins.az xəbər verir ki, iclasda Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata Hesablama Palatasının Rəyinə dair, dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277