BİZNES

Dünyada ən çox qazanan 10 bloq
25 APREL
254

Dünyada ən çox qazanan 10 bloq

2018-04-25 14:16:00

İnternetdə nə qədər informasiyanın dolaşdığını təsəvvür edə bilməzsiniz. Paylaşımlar, şəkillər, yazılar, musiqi, çat-lardakı danışıqlar və məqalələr. Bu informasiyanı təsnifləşdirmək maraqlı olardı. Amma insanların ən çox axtardığı və dəyər verdiyi informasiya “yeni vərdişləri öyrənmək” və “əcayib hədəflərə çatmaq” haqqındadır. 

Bütün bu məlumatlar internetdə əsasən vesbaytlarda yerləşdirilir. Hər gün, hər dəqiqədə 1000-ə yaxın vebsayt açılır. Belə baxanda vebsayt sahibi olmaq, passiv gəlir əldə etmək istəyənlər üçün əla biznes ideyadır. Biz sizə illik qazancı ən azı 1 milyon dollar olar bloqlar haqqında danışacayıq.

Qeyd: Bu bloqların qazancı traffikə görə təqribi təyin edilmişdir. (Daha çox da ola bilər.)

10 Tuts+:  ayda 175 000 dollar

Proqramçılar və dizaynerlər üçün dərslərin olduğu bloqdur. 2006-cı ildə qurulub. Ödənişli tutoriallar satır.

9 Smashing Magazine ayda 215 000 dollar

Yenə də vebsayt hazırlamaqla bağlı təlim və dərslərlə bağlı bir saytdır. 2006-cı ildə qurulub. Üzvlük haqqından qazanc əldə edir.

8 Gizmodo :  ayda 325,000 dollar

Dizayn, texnologiya, elm və hətta siyasət mövzularına fokuslanıb. 2002-ci ildə qurulub. Əsasən reklamlardan qazanır.

7 PerezHilton : ayda 575,000 dollar

Armando Lavanderia adlı bir nəfər aktyor olmaq istəyir, alınmayınca bu saytı qurur və uğur qazanır.

6 CopyBlogger : ayda 1,000,000 dollar

Baryn Klark adlı marketoloq tərəfindən 1000$ büdcə ilə qurulub. Bloq marketinq sahəsində tövsiyyələr haqqındadır. Sosial mediya, bloq və SEO haqqında alətlər və təlimlər təklif edirlər.

5 TechCrunch : ayda 2,500,000 dollar

Özümün də çox oxuduğum bu sayt texnologiya sənayesi xəbərləri haqqındadır. Bugün TechCrunch özünün Disrupt konfransları ilə məşhurdur. 2005-ci ildə qurulub.

4 Mashable : ayda 2,000,000 dollar

Pete Kaçmor Mashable saytını 2005-ci ildə Şotlandiyadakı evində qurub. Reklamlardan qazanır əsasən. Bir növ sosial şəbəkə paparazzisidir.

3 Moz : ayda 4,250,000 dollar

SEO (search engine optimization) haqqında dünyada ən uğurlu bloqdur. SEO üçün xüsusi alətlər, funksiyonallıqlar satmaqla pul qazanır.

2 Engadget : ayda 5,500,000 dollar

Yuxarıda adı keçən Gizmodonu quran oğlan tərəfindən və eyni dövrdə qurulub. Texnoloji və elektronik əşyalar üçün “haqqında” və “tövsiyyələr” yazırlar.  Mən də bir ara ev xanımları üçün evdəki elektronik əşyaların istifadə kitabçası-saytı açmaq istəyirdim. Pis fikir deyil.

1 Huffington Post: ayda 14,000,000 dollar

Arriana Huffington tərəfindən 2005-ci ildə qurulan bu sayt həyat və siyasətə çox liberal baxış təmin edir. Sayt 2011-ci ildə 315 milyon$-a satılır. HuffPost banner və kanal reklamlardan qazanc əldə edir. Öz sahəsində ən uğurlu bloq olan HuffPost bugün 1 milyard dollar səviyyəsində dəyərləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260