BİZNES

Pərakəndə ticarət dövriyyəsində bu qədər artım olub
25 APREL
200

Pərakəndə ticarət dövriyyəsində bu qədər artım olub

2018-04-25 10:14:00

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz artaraq, 8,5 milyard manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat rübündə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 289,2 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 manat çox əmtəə alıb.

Həmçinin birinci rübdə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,0 faiz üstələyərək 4304,1 milyon manata çatıb.

Hesabat rübündə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259