BİZNES

"Saipem S.p.A." Azərbaycandakı nümayəndəliyini ləğv edir
25 APREL
147

"Saipem S.p.A." Azərbaycandakı nümayəndəliyini ləğv edir

2018-04-25 09:36:00

İtaliyanın "Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir. Fins.az xəbər veri ki, bu barədə şirkətin kreditorlarına müraciətində deyilir.

Müraciətə görə, kreditorlar 2 ay ərzində öz tələblərini Nizami küçəsi 96, Landmark 1-in 3-cü mərtəbəsində yerləşən ünvana bildirə bilərlər.

Qeyd edək ki, "TAP AG" Konsorsiumu İtaliyanın "Saipem SpA" şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276