BİZNES

Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
24 APREL
173

Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

2018-04-24 15:26:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə intensiv bağçılıq və pambıqçılıq təsərrüfatlarının, kompozit və plastik qablaşdırma materialları və quru meyvə istehsalı müəssisələrinin, cins heyvandarlıq və taxıl anbarı komplekslərinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256