BİZNES

İqtisadiyyat Nazirliyi məqalə müsabiqəsi elan edib
24 APREL
251

İqtisadiyyat Nazirliyi məqalə müsabiqəsi elan edib

2018-04-24 11:38:00

İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edir.

Nazirlikdən verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzulardan birini əhatə etməlidir:

- Yeni dövrün iqtisadi çağırışları. İqtisadi islahatlar;

- “Made in Azerbaijan” brendinin təbliği;

- Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı;

Müsabiqədə hazırda orta ixtisas, bakalavr, magistratura və doktorantura təhsil pilləsində oxuyan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2018-ci ilin 1 may tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə [email protected] ünvanına təqdim edilməlidir.

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2018-ci il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1004-cü otaq, tel: 493-88-67 (daxili 20-45) əlaqələndirici şəxs Vüsalə Quliyeva).

Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı linkdən tanış olmaq olar.

http://economy.gov.az/uploads/fm/files/musabiqe-shertleri.pdf

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277