BİZNES

Türkiyədə marketinqə dair möhtəşəm tədbir keçiriləcək
23 APREL
297

Türkiyədə marketinqə dair möhtəşəm tədbir keçiriləcək

2018-04-23 17:04:00

“Management Centre Türkiye” (MCT) hər il ənənəvi olaraq təşkil etdiyi Marketinq və İnsan Resursları və s. zirvə toplantılarını “&NOW Business&Tech Week” damı altında birləşdirib.

Fins.az xəbər verir ki, “&NOW Business&Tech Week” konfransında dünya miqyasında 10 min nəfər iştirak edəcək.

Kontentin zənginliyi ilə fərqlənən toplantı 8-10 may tarixlərində “Volkswagen Arena” və “Uniq İstanbul”da baş tutacaq.

&NOW, İnsan Resursları Zirvə Toplantısı, “Gamechangers Mükafat”ı, “Future of Work” Zirvə Toplantısı, Rəqəmsal Liderlik Toplantısı, “Rock&Tech” musiqi festivalı, “House of Talent” Zirvə Toplantısının yer aldığı və 3 gün müddətində davam edəcək tədbirdə spikerlərin təcrübələri dinamiklik ilə birləşəcək.

Bu gün məktəbə başlayan uşaqların yarısı, adını heç eşitmədiyiniz peşələrdə çalışacaq. Sadəcə 15 il içində var olan peşələrdə çalışanların yarısının yerini robotlar və süni zəka alacaq. Qurumlarda liderlik, öyrənmə, idarəetmə səviyyəsi dəyişəcək. Müştərilərin markalar ilə olan əlaqəsi, məhsul və xidmətlərin marketinqi ağlınıza gəlməyəcək üsullar ilə yenilənəcək.

Bəs, biznes dünyası bu qaçılmaz dəyişikliyə adaptasiya ola biləcəkmi? “Management Centre Türkiye” (MCT) bu suala cavab tapmaq üçün &Now-ı həyata keçirir. 25 illik təcrübəsindən faydalanan MCT-nın təşkil etdiyi konfransın mərkəzində texnologiya, marketinq, idarəetmə, insan resursları anlayışları yer alacaq.

Biznesdə texnologiyanın dəyişikliyini görmək fürsəti

“Management Centre Türkiye”nin (MCT) CEO-su Tanyer Sönmezer deyib ki, “Gələcəyi proqnozlaşdırmaq və ona necə istiqamət verildiyini &NOW konfransında görmək mümkün olacaq. &NOW öncəgörən zehinlərin məhsuludur”:

“&Now” ilə texnologiya və biznes dünyasını bir araya gətirəcəyik. Sahib olduğumuz texnoloji ruh və mütəxəssisi olduğumuz idarəetmə təcrübəsi ilə, iştirakçılarımızın texnologiya və idarəetmə keyfiyyətini artıracağıq. &NOW-ın digər konfranslardan fərqi ondan ibarətdir ki, burada yenilik asanlıqla tətbiq olunur. Gələcəyə daha yaxından baxmaq istəyənləri &NOW konfransında gözləyirik”.

Marketinq Zirvəsi hər zamankından daha interaktiv olacaq

&NOW çərçivəsində həyata keçiriləcək 18-ci Marketinq Zirvəsi bu il də Peter Fiskin rəhbərliyi altında baş tutacaq. Zirvə marketinqdə olan dahiləri bir araya gətirəcək. Silikon Vadisi investorlarından Ryan Holiday, “LinkedIn”də 550 mindən çox izləyicisi ilə marketinq sektorunda bir nömrəli ad hesab olunan Tom Goodwin, Davranış Strategiyası, “Nowist” cərəyanının qabaqcıl adı Max Mckeown, “Wikibrands” kitabının yazıçısı, dünyaca məşhur marketinq professoru Mike Dover, “Salesforce.com” marketinq analizi bölümü üzrə rəhbəri Mathew Sweezey, “Microsoft”un marketinq dahisi hesab olunan, dünyadakı ən yaxşı 50 nəfər qadın marketoloq arasında yer alan, “Microsoft”un Qlobal Müştəri Xidmətləri üzrə rəhbər idarəedici Purna Virji, 2015-ci ildə ən yaxşı marketinq kitabı seçilən “When Digital Becomes Human” yazarı, Steven Van Belleghem, “Girl Meets Dress” təsisçisi Anna Bance, “Digital Realty” Asiya Pasifik Marketinq Direktoru Omer M. Wilson, “Management Centre Türkiye” CEO-su Tanyer Sönmezer spikerlər ilə bir araya gəlib, gələcəyi vizuallaşdıran informasiyaları paylaşacaqlar.

İKT Zirvəsinin mərkəzində isə robot, süni zəka, çevriliş var

2030-cu ilin əvvəlində bütün dünyadakı işlərin 21%-38%-də çalışanların yerini robotlar və süni zəka alacaq. İş dünyası bu qaçılmaz dəyişikliliyə necə hazır olmalıdır? Bu məsələlər &NOW çərçivəsində ən önəmli tədbirlərdən biri olan 23-cü İnsan Resursları Zirvəsində müzakirə ediləcək.

Zirvədə, “Liberationist, Change Leadership School” CEO-su ve Yazar Gustavo Razzetti, “The Boston Consulting Group” şəriki Yves Morieux, Davranış Strategiyası və Yazar Max Mckeown, “Still Moving” təsisçisi Debra Rowling, “IE Business Schoo”l professoru Steven D’Souza, “Corporate Rebels”dan Pim de Morree və Freek Ronner, “Happy Sandpit” təsisçici və yazarı Colin J. Browne və s. şəxslər var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259