BİZNES

Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən əhəmiyyətlilərdən biridir
23 APREL
279

Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən əhəmiyyətlilərdən biridir

2018-04-23 11:52:00

“Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən iri və əhəmiyyətli bizneslərdən biridir”.“ Fins.az xəbər verir ki,APA-Economics”in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir. “Bu yataq enerji təchizatı layihələrinin şaxələndirilməsi və yeni enerji bazarları yaratmaqla önəmli bir layihədir. 2017-ci il bu layihə üçün ən möhtəşəm il olub. Bu layihə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək,” – deyə B. Aslanbəyli qeyd edib. Obildirib ki, 2017-ci ildə “Şahdəniz” platformasının hər iki fazasında tikinti işləri tamamlanıb: “Səngəçal” terminalında da tikinti işləri tamamlanıb. Yeni qazılmış quyuların bu il istismara verilməsi nəzərdə tutulub ki, bu da əlavə qaz həcmlərinin əldə edilməsi imkan yaradacaq. Bu illər əzində “Azəri-Çıraq –Günəşli” yatağından 3,3 milyard barel neft hasil edilib, “Şahdəniz” yatağından bu illər ərzində 89 milyard kubmetr qaz hasil edilib. Kondensat hasilatı 166 milyon barel təşkil edib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253