BİZNES

Stereotiplər və ya İdeya Qatilləri
23 APREL
252

Stereotiplər və ya İdeya Qatilləri

2018-04-23 11:02:00

İnsan resursları – dərin anlayışdır, düşünənlər üçün! İnsanlarla işləyən kəslər hər bir insana individual yanaşmalı və bilməlidir ki STEREOTİPLƏR bir – çox insanın ədalətsizcə kənara atılması və nəticədə ümidlərin sönməsi, potensialın basdırılması ilə bitir. Rekruterin missiyası – bu potensialı üzə çıxarmaqdırsa, STEREOTİPLƏRİ qırmağa çağırıram! Fins.az Moneta.az-a istinadən məlumatı təqdim edir.

ƏMƏK TƏCRÜBƏSİ STEREOTİPİ

Gənclərimizin ən çox şikayətləndiyi mövzudur. Elanlarda riyazi üsulla belə üst-üstə düşməyən ali təhsil tələb edən yaş-staj bağlılığını demirəm, bu ayrıca mövzudur.

Ən çox yayılan stereotip – yaxşı işçi 3-5 il iş stajına malik olmalıdır. İşəgötürənlər bu tələbləri irəli sürərkən düşünürlər ki, belə işçilər heç bir hazırlıq tələb etmədən dərhal gələn kimi şirkətə gəlir gətirəcək. Rekruterlər isə (bir çoxları) rəhbərlər qarşısında “baş üstə” siyasətindən istifadə edib, guya bu fikirlə razılaşırlar.

Çətin ki, bu rəqəmlər əsl biznesə faydalı olsun! Əslində işin incəliklərini anlamaq və əsas alətləri müəyyən etmək üçün, 6-12 ay kifayətdir.  Hətta 1 illə 5 ilin arasındakı fərq də get-gedə azalır. Bir neçə il eyni işi öyrəndikdən sonra, məhsuldarlıq əyrisi platoya gedir. Məsələnin məğzi, insanın müəyyən işə sərf etdiyi müddət deyil, bu işi nə səviyyədə mənimsəməsidir, yenilik və eksperementləri, müasir metodika və alətlərdən istifadə bacarığıdır!

TƏHSİL STEREOTİPİ

Əgər təhsil haqqında danışırıqsa, məsələnin mərkəzinə diplomun qoyulması elə də vacib deyil, həkimlər və ya hüquqşünaslar haqqında danışmırıqsa. Təhsil müəssisələrinə loyallıq bildirməyə məcbur olduğum üçün məlum səbəbləri çox da xırdalamayacağam. Düşünürəm ki, bir illik məsləhətli yerdə real təcrübə formal olaraq universitetə gedib-gələn diplomlu şəxslərdən daha faydalıdır. İnkar etməzsiniz yəqin ki, bir çox peşəkar İT mütəxəssislərinin ya diplom ixtisası ayrıdır, ya da ki orta təhsilli özməşğul şəxslərdir. Hətta Dünya üzrə biz yetərincə təhsilini yarıda buraxıb bizneslə milliyardlar qazanan kəsləri tanıyırıq, adlarını çəkməyə ehtiyac yoxdur yəqin ki! Xülasə – TƏHSİL VACİBDİR, amma başlıca mövzu deyil!

KEÇMİŞDƏ BƏYƏNMƏDİYİN NAMİZƏDİ HƏMİŞƏLİK SİLMƏK

İnsanla asan həll yollarına meyillidirlər, bəzən yalnış yol olsa da. Bunun nəticəsidir ki, illər öncə insan haqqında yaranan təəssürat əsasında mühakimə edirik. Müsahibəyə dəvət etmirik ki: “insanlar dəyişilməzdir”! Əsla belə etmək lazım deyil, insanlar kifayət qədər dəyişirlər!

Birincisi, əlbəttə, yaxşı bir mütəxəssis illər ərzində artan peşəkarlıq səviyyəsinə malikdir. Yəqin ki, bir neçə il bundan qabaq, müsahibə kürsüsündə əyləşən praktiki bacarıqları olmayan gənc bir xəyalçı oturmuşdu, və indi siz bazarın əsl akulası ilə üz-üzə ola bilərsiniz. Ancaq bu yeganə dəyişiklik deyil.

İnsanlar bəzən dəyərləri və qlobal baxışları, xarakter əlamətlərini və problemlərin həlli üçün əsas yanaşmaları dəyişir. Dünən zəif ünsiyyət qabiliyyətlərini göstərən və yığıncaqda bir fikir ifadə etməyə cəsarət etməyənlər, bu gün “əyilməz” tərəfdaşlar ilə milyonluq sazişlər bağlaya bilər. Üç il bundan əvvəl sıfır proaktivliyi və müştəri yönümlü olmamasını göstərən bir kəs, bəlkə də, iş yerinizdə sonsuz sadiq müştərilər – yeni Apple – imperatorluq qurmağa qadirdir. İnsanlara qarşı anlayışlı olun, onlara özlərini sübut etmək üçün arena verin!

YAŞ MƏHDUDİYYƏTİ

Əksər işəgötürənlər əmək qabilliyətsizliyini peniya yaşından daha tez gəldiyini güman edir. Praktikada işləməyin yuxarı yaş həddi qeyri-formal olaraq 40-dır. Qeyri-dövlət sektorunda işə qəbul olunan bəxtəvər kəslər adətən 25-35 yaş arasındadır. Bəli, razıyam yaşlı əməkdaşlarda enerji və güc ehtiyyatları 30 yaşındakı insanda olan qədər deyil. Ancaq iş günün və ya iş həftəsinin qısaldılması ilə (məvacibdə azalma şərti ilə)  bu məslələni həll etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259