BİZNES

“Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib
17 APREL
204

“Caspian Energy” jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib

2018-04-17 17:39:00

“Caspian Energy International Media Group” və “Caspian European Club” Naxçıvan MR-nın  Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə “Caspian Energy” jurnalının Naxçıvan MR-in lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil ediblər. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Report”un məlumatına görə, təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Milli Məclisinin deputatları, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin “Caspian European Club”un idarə heyətinin və üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Caspian European Club”un Sədrinin birini müavini və baş icraçı direktoru Telman Əliyev xatırladıb ki, sözügedən reytinqdə regionlar 18 parametr üzrə altı qrupa bölünüblər: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

“Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.

O, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin Caspian Energy jurnalına verdikləri müsahibə zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə vurğulayaraq, Naxçıvan rəhbərliyinin alternativ və bərpaolunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını qeyd ediblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

Çıxışının sonunda Telman Əliyev Caspian Energy jurnalının bu nömrəsinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacağını bildirib.

Qonaqları salamlayan Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə icra olunduğunu qeyd edib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və rabitə, infrastruktur, ordu quruculuğu sahələrində, məhsul istehsalının artımı və əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilib. O, qazanılan nailiyyətlər sayəsindəMuxtar Respublikanın iqtisadi potensialının xeyli artdığını qeyd edib.

“Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunan xüsusi nömrəsində Naxçıvan məhsullarının müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikada iqtisadiyyatın inkişafı üçün göstərilən səylər öz əksini tapıb. Sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesi illər üzrə göstəlilib, iqtisadiyyatın bütün sahələri üzrə dövlət və özəl sektorda qazanılmış uğurlar sxemlərlə, diaqram göstəriciləri ilə verilib. Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə biləcək, potensial partnyorların, həmçinin Naxçıvanda istehsal olunan məhsul və xidmətlərlə bağlı məqalə və müsahibələrə də geniş yer verilib. Aparıcı ekspertlərin analitik material və xülasələrinin də bu jurnalda çap olunduğunu nəzərə alsaq, Naxçıvana həsr olunmuş xüsusi nömrənin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha görərik”, - deyə Bəxtiyar Əsgərov söyləyib.

Təqdimat mərasimində həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxış edərək hazırkı gündə Naxçıvan Muxtar Respublikasında yüksək iqtisadi nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf siyasətinin nəticəsidir. “Coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq, Naxçıvan Azərbaycanın ürəyidir”, - deyə deputat söyləyib. O həmçinin Türkiyə və digər ölkələrin böyük dəstəyini də qeyd edib. Deputat Aydın Mirzəzadə investisiya reytinqinin lideri seçildiyinə görə Naçıvan Muxtar Respublikasını təbrik edərək, daha böyük uğurlar arzulayıb.

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Ozoral Azərbaycanla Türkiyə arasındakı münasibətlərin mühüm hissəsini Türkiyə və Naxçıvan əlaqələri təşkil edir. “Uzun illər ərində formalaşmış bu əlaqələr hal-hazırda da fəal şəkildə inkişaf etməyə davam edir. Biz Naxçıvanın Türkiyə bazarında iştirakını və bunun nəticəsində ticari əlaqələrin və turizm əməkdaşlığının inkişaf etdiyini görürürük”, - deyə səfir bildirib. Çıxışının sonunda səfir Erkan Ozoral Naxçıvanı daha yaxşı tanımaq üçün yaradılmış imkana görə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun timsalında Naxçıvan Muxtar Respublikasına və Caspian European Club-a minnətdarlığını bildirib.

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez 2017-ci il oktyabrın 18-19-da Naxçıvanda olduğunu qeyd etmişdir. “Məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov qarşıladılar. Bu səfər bütün sahələrdə ikitərəfli əlaqələri müzakirə etmək üçün əla imkan oldu”, - deyə o söyləyib. Həmçinin Naxçıvan iqtisadiyyatının inkişaf dinamikasını qeyd edən səfir bir neçə yerli müəssisə ilə yanaşı, baş çəkdiyi Maxçıvan biznes-mərkəzinin fəaliyyətinin buna sübut olduğunu bildirib.

Argentinanın səfiri Karlos Dantes Riva Naxçıvana üç dəfə səyahət etdiyini qeyd edib. “Naxçıvana səfərim - səfir qismində Azərbaycan regionuna ilk səfərim zamanı məni ən çox təsirləndirən istər hökumət nümayəndələri, istərsə də Naxçıvanın dostsevər xalqı tərəfindən göstərilən səmimi və isti münasibət oldu. Naxçıvanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğumu Naxçıvanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla bölüşdüm. Fürsətdən istifadə edib Caspian Energy-nin tərtib etdiyi investisiya reytinqində ən yüksək nəticə əldə etdiyinə görə bütün Naxçıvan Muxtar Respublikasını ürəkdən təbrik edirəm.

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana inkişaf etmiş sənaye infrastrukturu və kənd təəsrrüfatı istehsalat bazası sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadiyyatında yüksək mövqe tutur. Səfirin sözlərinə görə, Naxçıvana səfəri zamanı o, burada daş duz, dolomit, sink, qurğuşun, inşaat materialları, mərmər konstruksiyalar, plastik materiallar, çuqun, rəngli metal və s. istehsal edən çoxsaylı sənaye müəssisələrinin fəaliyyət göstərdiyinin şahidi olub. “Naxşıvanda ət, süd məhsulları, bal, şərab, konservləşdirilmiş meyvə və şirələr də daxil olmaqla qida ərzaqlarının və kənd təsərrüfatı məhsullarının istehsalı yüksək inkişaf edib. Əhalinin yaşayış səviyyəsi də yüksəkdir. Naxçıvan yüksəksəviyyəli təhsil və tibb müəssisələri ilə fəxr edə bilər. Nəqliyyat infrastrukturu Naxçıvanı İran, Türkiyə və Gürcüstanla əlaqələndirir. Hazırda Naxçıvanı yüksək ixracat potensialı ilə təmin edən nəqliyyat infrastrukturunun gələcək inkişafı həyata keçirilir”, - deyə Hindistanın səfiri Sancay Rana çıxışına yekun vurub.

Azərbaycanın Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxışı zamanı baş tutmuş seçkilərdən və cənab İlham Əliyevin qələbəsindən sonra bu cür tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. O bildirdi ki, İlham Əliyevin qələbəsi cənab Prezidentin ölkənin bütün iqtisadi regionlarının inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasəti bir daha nümayiş etdirir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musyaev həmçinin qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların Naxçıvan Muxtar Respublikasının yüksək nəticələr əldə etməsində və investisiya reytinqində lider seçilməsində mühüm rolu olub.

Özbəkistanın fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev jurnalın sözügedən nömrəsinin məzmunu ilə tanış olduğunu bildirərək qeyd edib ki, bu buraxılış oxucuya Naxçıvanın iqtisadi inkişafının tam mənzərəsi ilə tanış olmaq imkanı yaradır və Naxçıvanda heç vaxt olmayan şəxs bu region barədə kifayət qədər ətraflı məlumat əldə etmiş olur. O həmçinin vurğulayıb ki, bu gün Azərbaycanın hər bir guşəsi sürətlə inkişaf edir. “İyunun 20-də Naxçıvanda keçirilməsi planlaşdırılan tədbir bir daha regionun sürətli inkişafını əyani şəkildə nümayiş etdirir. Əminəm ki, Naxçıvan MR daha böyük nəticələrə nail olacaq”, - deyə səfir çıxışına yekun vurub.

Tədbirdə həmçinin Malayziyanın Azərbaycandakı fövqəaldə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman, Moldovanın Azərbaycandakı fövqəaldə və səlahiyyətli səfiri Georgi Leuka, həmçinin İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose İqnasio da çıxış edərək təəssüf hissilə Naxçıvanda olmadıqlarını vurğulayıb, lakin yaxın vaxtlarda Naxçıvana səfər etmək niyyətində olduqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova Naxçıvan MR ilə xarici dövlətlər arasındakı beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfələrə, işlərin irəliləyişinə və investisiya imkanlarının genişləndirilməsinə görə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrıb 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un üzvləri, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvləri hesab olunurlar.

“Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272