BİZNES

Məşhur şirniyyat mağazaları vergidən yayınıb
16 APREL
701

Məşhur şirniyyat mağazaları vergidən yayınıb

2018-04-16 17:41:00

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.

Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256