BİZNES

Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği açıqlandı
16 APREL
303

Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği açıqlandı

2018-04-16 15:50:00

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 621,8 min dollar pul köçürülüb. Fins.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadən xəbər verir ki, bu, fevral ayının göstəricisi ilə müqayisədə 22,6% çoxdur. Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitinin həcmi isə 4 mln. 338,3 min dollar təşkil edib. Mart ayında qonşu ölkədən Azərbaycana 908,7 min dollar, yanvar-mart aylarında isə 2 mln. 521,2 min dollar köçürülüb.

Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə 131,1  mln. dollar daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 17% çoxdur.  Gürcüstana mart ayında ən çox pul köçürmələri Rusiya (38,1 mln. dollar), İtaliya (15,5 mln. dollar) və Yunanıstandan (13, 7 mln. dollar) daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256