BİZNES

Bu rayonda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
13 APREL
144

Bu rayonda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

2018-04-13 11:16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, SKMF Cəlilabad rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Cəlilabad rayonu üzrə sahibkarlıq subyektlərindən iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının, quru meyvə, o cümlədən quru üzüm istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276