BİZNES

“Caspian European Club” Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini qeyd edib
12 APREL
393

“Caspian European Club” Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini qeyd edib

2018-04-12 18:28:00

Bu gün keçirilmiş on üçüncü CEO Lunch Baku çərçivəsində Caspian European Club Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un sədri İlham Əliyevin baş tutmuş seçkilərdəki qələbəsini təntənəli şəkildə qeyd edib.

Fins.az xəbər verir ki, fəxri qonaq qismində CEO Lunch Baku-da Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə iştirak edib.

Akademik Ziyad Səmədzadə bu günün bütün Azərbaycan xalqı üçün böyük bayram olduğunu və həmin bayramın ilk günü bir yerə toplaşmaqdan məmnun qaldığını qeyd edib. “İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir”, - deyə akademik Z. Səmədzadə deyib. O həmçinin Caspian European Club-un fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Klubun dünyanın 70 ölkəsi ilə əməkdaşlığa nail olması, 5 000-dən artıq üzv şirkətə sahib olması ölkənin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun möhkəmlənməsi üzrə böyük işlər görən güclü dövlətimizin olduğunu göstərir: “Seçkilər sübut etdi ki, cəmiyyətdə konsensus əldə olunub. Bu isə hal-hazırda olduqca mühümdür. Son 20 il ərzində investisiya mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb, biznesin aparılması üzrə əlverişli şərait yaradılıb, iqtisadi qanunvericiliyinin mükəmməlləşdirilməsi üzrə böyük işlər həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla həyata keçirilir və Prezident İlham Əliyev tərəfindən  layiqli şəkildə davam etdirilir. Bizim məqsədimiz sahibkarlığın inkişafı üçün rahat şərait, daha mükəmməl vergi sistemi yaratmaqdan  ibarətdir. Bizim kiçik və orta biznesin inkişafı üçün böyük potensialımız var. Respublika rəhbərliyi bu gün ölkənin iqtisadi potensialının inkişafı üçün əlindən gələni edir”.

Z. Səmədzadə Parlamentin Caspian European Club-un sistemdəki hansısa boşluqları doldura biləcək inkişaf və mükəmməlləşmə üzrə bütün təkliflərini gözdən keçirməyə hazır olduğunu qeyd edib. “Əlbəttə ki, biz öz növbəmizdə biznes nümayəndələri ilə onların müxtəlif sahələrdə qarşılaşdıqları problemləri müzakirə etməyə və birlikdə müəyyən qərarlar qəbul etməyə hazırıq. Cənab Prezidentimizin yaxın və uzunmüddətli perspektivlər üçün iqtisadi inkişaf strategiyası ilə bağlı dəqiq mövqeyi var və biz onun həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyik”, -  deyə Z. Səmədzadə deyib.

CEO Lunch Baku-da çıxış edən Caspian European Club-un Sədrinin birini müavini və baş icraçı direktoru Telman Əliyev dünən Azərbaycan xalqının sabitliyi, inkişafı və övladlarının gələcəyi üçün islahatların davam etməsini seçdiyini qeyd edib. “Biz bu proseslərin iştirakçısı olmağımıza şadıq və bir daha Caspian European Club-un üzvləri adından Caspian European Club-un Sədri cənab İlham Əliyevi inamlı qələbə – Aərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirik. Əvvəlki illərdə olduğu kimi, biz ölkəmizdə həyata keçirilən və əlverişli investisiya mühitinin, biznesin inkişafı üçün münbit şəraitin yaranmasını şərtləndirən bütün islahat və prosesləri dəstəkləməyə hazırıq. Həmçinin yaxın vaxtda Caspian European Club-un üzvləri ilə görüşdə cənab Prezidentin hansı layihələrin həyata keçirilməsinin planlaşdırıldığı, hansı sahələrdə hesabatların hazırlanacağı, işçi komitələrin və idarə heyətinin üzvlərinin hansı proseslərdə fəal iştirak etmələrinin zəruri olduğu ilə bağlı bizə göstəriş verəcəyinə ümid edirik”, - deyə Telman Əliyev bildirib.

Akademik Ziyad Səmədzadəyə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim edən Telman Əliyev Klubun fəaliyyətindəki fəal iştirakına, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib.

T. Əliyev tədbirdə iştirak edən bütün qonaqları Caspian Energy jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatına dəvət edib. Jurnalın 2018-ci il aprelin 17-də keçiriləcək təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin başçısı Bəxtiyar Əsgərov, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin Caspian European Club-un idarə heyətinin üzvləri və üzv şirkətləri iştirak edəcəklər.

Telman Əliyev hər kəsə Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə 2018-ci il mayın 8-də 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin təşkil olunacağını xatırladıb. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov iştirak edib.

 

Caspian European Club-un idarə heyətinin üzvləri və sahə komitələrinin rəhbərləri çıxış edərək sahə komitələrinin hazırkı fəaliyyəti ilə bağlı hesabat verib, həmçinin yaxın planlar barədə danışıblar.

 

Azərbaycan-ərəb Ölkələrini Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru mayın 1-3-də Assosiasiyanın təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan-ərəb investisiya biznes-forumu barədə təqdimat keçirib. CEO Lunch Baku-da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260