BİZNES

Azərbaycan prezidenti: “İlin birinci rübündə ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub"
09 APREL
418

Azərbaycan prezidenti: “İlin birinci rübündə ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub"

2018-04-09 18:32:00

“İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”. Fins.az  bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub: “Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259