BİZNES

Azərbaycan ən çox bu 3 məhsulu ixrac edib
06 APREL
845

Azərbaycan ən çox bu 3 məhsulu ixrac edib

2018-04-06 16:56:00

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın dəyəri 241,7 mln. ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün nəşr olunan sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 37,4% çoxdur. 

Hesabat dövründə ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac edilib - 67,8 mln. dollarlıq. Türkiyəyə 65,4 mln., İsveçrəyə 25,6 mln., Gürcüstana 17,4 mln., Çinə isə 7,6 mln. dollarlıq neftdənkənar sektor malı göndərilib. 

2 ay ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon dollar). 2-ci yeri elektrik enerjisi (20,3 mln. dollar) 3-cü yeri isə xurma (19 milyon dollar) tutub.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəzin ixrac dəyəri 58,4 mln.,dollar plastmassa və onlardan hazırlanan məmulatların ixrac dəyəri 23,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 20,7 mln. dollar, elektrik enerjisinin ixrac dəyəri 20,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 9,7 mln. dollar, kimya sənayesi məhsullarının ixrac dəyəri isə 6,6 mln. dollar olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256