BİZNES

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda təlim keçirdi – FOTOLAR
09 APREL
300

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda təlim keçirdi – FOTOLAR

2018-04-09 11:00:00

Bir müddət öncə iki şirkət arasında əldə edilən razılaşma əsasında Veysəloğlu Şirkətlər Qrupunda Prospect ERP-nin İnsan Resurslarının İdarəedilməsi həlli tətbiq edilməyə başlamışdır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Prospect ERP ənənəsinə sadiq qalaraq proqram təminatının daha asan istifadəsi, sistemə daxil olan modulların funksiyalarıyla yaxından tanış olmaq vəsəhv etmək ehtimalını azaltmaq məqsədilə  Veysəloğlu Şirkətlər Qrupunun “Təlim Tədris Mərkəzi”ndə Şirkətlər Qrupu üzrə işə qəbulla məşğul olan bütün mütəxəssislərin iştirakı ilə Prospect ERP-nin  “Korporativ Həllərin Tədbiqi” şöbəsinin rəhbərinin təqdimatında  təlim xarakterli görüş keçirib.

Qeyd edək ki, Prospect ERP-nin tətbiq etdiyi sistemə əsasən Veysəloğlu Şirkətlər Qrupunda:

-     bütün şirkətlər üzrə aidiyyatı rəhbərlərin vakant yerlər və ştat sifarişləri;

-     təsdiqlənmiş vakansiyaların korporativ saytlarda dərc edilməsi;

-     həmin vakansiyalara müraciətlərin qəbul edilməsi;

-     müraciətlərin ilkin emalı və öncədən təyin edilmiş standart prosedurları;

-     şirkətlər qrupuna müraciət edəcək şəxslər üçün şəxsi kabinet yaradılması;

-     namizəd müraciətlərinin dərc edilmiş bütün vakansiyalar üzrə göndərilməsi və statusların izlənilməsi;

-     müraciətlərin icrası zamanı hər hansı bir prosedurun və ya müsahibənin ləngiməsini, yaddan çıxmasının qarşısının alınması və s. İnsan Resurslarının işə qəbulla bağlı prosedurları avtomatlaşdırıldı.

Sistemin geniş hesabat imkanları isə öz növbəsində şirkətlər qrupunun aidiyyatı istiqamət rəhbərlərinə işlərinin planlaşdırılmasına, analiz olunmasına, fəaliyyətlərindəiyaxşılaşdırmaların və optimizasiya işlərinin aparılmasına zəmin yaradır.

Qeyd olunan məsələlərin izahı ilə yanaşı görüşdə iştirak edən Veysəloğlu Şirkətlər qrupunun əməkdaşlarının bütün sualları cavablandırılmış, maraq doğuran bütün nüanslara aydınlıq gətirilmişdir.

Xatırladaq ki, daha öncə tətbiq olunmuş Davamiyyət və Əməkhaqqı modulları üzərindən də tətbiqdənsora istifadə qaydalarına dair təlim-təqdimatı keçirilmişdi.

Prospect ERP 15 illik peşəkar biznes ənənəsinə sadiq qalaraq istənilən proqramın tətbiqindən sonra sistemin iş prinsipiylə tanışlıq xarakterli təlim-görüşlər təşkil edir. Bu da öz növbəsində şirkətin müştərilərinə göstərdiyi dərin hörmət və onlara verdiyi dəyərin bariz nümunəsidir.     

                                            

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267