BİZNES

Maxi.az yoxsa İrşad electronics hansı daha sərfəlidir – KREDİT
05 APREL
471

Maxi.az yoxsa İrşad electronics hansı daha sərfəlidir – KREDİT

2018-04-05 17:25:00

Hazırda ölkəmizdə bir çox elektronika və  məhsullarının satışı ilə məşğul olan şirkətlər var. Bu dəfə Fins.az ölkəmizdə yuxarıda adı qeyd olunan sahədə çalışan iki şirkəti müqayisə edib. Maxi.az və İrşad electronicsin kredit şərtlərini təqdim edirik.

Maxi.az -  Maxi şirkəti, İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hal-hazırda Azərbaycanın elektronika və məişət texnikasının distribyutorlarından biridir.

İndi isə keçək Maxi.az-ın kredit şərtlərinə :  Bu dükanlar şəbəkəsində  bir çox elektronika və məişət texnikasını  nağd və ya kreditlə almaq olar.  Adı çəkilən dükanlar şəbəkəsindən Fins.az –a verilən məlumata görə, istənilən şəxs , Maxi.az-dan taksit kartı ilə kredit götürə bilər. Taksti kartı olmayanlar isə ticarət mərkəzlərinin birində olan Maxi.az dükanına yaxınlaşmalıdır. Bu zaman kredit götürmək istəyən şəxs kapital bankın müştərisi olmalıdır daha dəqiq desək Kapital Bankdan maaş ya da pensiya almalıdır. Bu zaman kredit faizi  18-20% olur.

Əgər kapital Bankın müştəri deyilsizsə o zaman Maxi.az əməkdaşlıq etdiyi EmbaFinans kredit təşkilatı ilə yalnız şəxsiyyət vəsiqəsi ilə kredit təklif olunur. Lakin bu zaman kredit 12 ay müddətinə təklif olunur. Həmçinin ilkin ödəniş olaraq kreditə götürülən məhsulun 10% ödənməlidir. Kredit götürüldükdə isə məbləğin üstünə 25.36 % əlavə pul gəlir.

İrşad electronics - İrşad Electronics şirkəti 2000-ci ildə "I&R Telecom" kimi yaradılaraq fəaliyyətə başlayıb. Yeni yarandığı vaxtlardan Sim nömrələrin, scratch-kartların, telefonların, telefon aksessuarlarının topdan və pərakəndə satışı ilə məşğul olub. "I&R Telecom", 2003-cu ildən etibarən mağazalarının sayını artıraraq paytaxtda və regionlarda telefon və nömrə satışını genişləndirib.. 
2007-ci ilin sonunda "I&R Telecom" öz rebrendinqini edib və şirkətin adını dəyişərək "İrşad Telecom" (İrşad I.R. MMC) adı altında fəaliyyətini davam etdirib.

İrşad electronicsdən Fins.az-a verilən məlumata görə, bu dükanlar şəbəkəsi heç bir taksit karı ilə kredit təklif etmir. Kredit, dükanlar şəbəkəsinin daxilində verilir. Bu zaman kredit götürən şəxsdən şəxsiyyət vəsiqəsi , rəsmi iş yeri olmaqla , iş yerində kadrlar şöbəsinin əlaqə nömrəsi, 2 qohumun ev telefon nömrəsi ilə yanaşı kredit götürənin də ev telefon nömrəsi qeyd olunmalıdır. Kreditin maksimal müddəti isə 18 aydır. Bu zaman 30% lik kredit təklif olunur. 12 ay müddətinə kredit götürənlər isə 20% lik kredit təklif olunur.

Bu iki dükanlar şəbəkəsindən hansında kredit şərtlərinin daha sərfəli olduğuna isə özünüz qərar verin.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279