BİZNES

Müasir dünyada işçi qüvvəsinin idarəsi
02 APREL
191

Müasir dünyada işçi qüvvəsinin idarəsi

2018-04-02 10:37:00

Müasir dünyada işçi qüvvəsinin idarəsi

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İşçi heyətinin uğurlu idarəsində əməkdaşların işinə nəzarət etmək, onların işini obyektiv dəyərləndirmək və s. vasitəsilə əmək məhsuldarlığını artırmaq mümkündür.Bu funksiyaların yerinə yetirilməsi üçün düzgün idarəetmə sistemi seçilməlidir.

İşçi heyatinin səmərəli idarəedilməsi üçün nəzərdə tutulan sistemlər nə üçün lazımdır və onları kim alır? sualına cavab olaraq – Bu cür sistemlər personala nəzarət problemini həll edir, hər bir mütəxəssisin məhsuldarlığını artırmağa şərait yaradır. Əməkdaşların işinin ən səthi analizi belə göstərir ki, hər bir işçi 8 iş saatının yalnız 3,5 saatı bilavasitə görməli olduğu işlərin icrasına sərf edir. Qalan vaxt isə ya neytral, ya da işçinin işinə bağlı olmayan, əlavə işlərə sərf olunur. Adətən rəhbərlər əməkdaşların hər addımını nəzarət edəcək əlavə işçiyə maliyyə resursu sərf etmək qərarına gəlir.

Lakin, son araşdırmalara görə, işçi heyətinin idarə olunması üçün mükəmməl proqram təminatı əməkdaşların əmək məhsuldarlığını təxminən 2 dəfəyə qədər artıraraq, 3,5 saatdan 6,5 saata qədər artırır, davamiyyətin izlənməsini və tapşırıqların icrasını, əmək intizamına uyğun davranılmasını təmin edir, informasiyanın ötürülməsnini, özəl məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını alır. Bu zaman hazırkı əməkdaşlar işlərini vaxtında icra edə bilmədiyinə” görə yeni əməkdaşların cəlb edilməsinə ehtiyac qalmır.

Azərbaycanda belə bir sistemin istehsalçısı ölkədə yerli proqram təminatçısı olan Prospect ERP şirkətidir. Prospect ERP-nin İnsan Resurslarının intellektual idarəedilməsi proqramı 2012-ci ildən ölkənin bir sıra iri şirkət və müəssisələrində quraşdırılaraq biznes uğurlarının qazanılmasına vasitəçilik edir. Yerli proqram təminatı olan ProİD - İnsan Resurslarının səmərəli idarəedilməsi sistemi əməkdaşların vahid məlumat bazasının yaradılmasında, əməkhaqqı, bonuslar, cərimələrin hesablanmasında, işə qəbul, təlim prosesi və KPİ-ların ölçülməsində bütün sahibkarlar üçün mükəmməl yardımçıdır.

Bu proqram şirkət daxilində aparılan çoxsaylı yerdəyişmələri, müəssisə və təşkilatların işçi heyətini idarə etmək, əməkdaşın karyera yüksəlişi, maliyyə təltifatları (bonusları, mükafatları), tədrisi, ezamiyyətləri, cərimələri və s. ilə əlaqədar bütün dəyişiklikləri izləmək və şəxsi səhifəsində əks etdirmək imkanı verir. İş vaxtından artıq görülən işlər, gecikmələr, xəstəlik məzuniyyətləri əsasında onlayn rejimdə əməkdaşın aylıq əməkhaqqısının hesablanması avtomatlaşdırılır.

Bu sistemin köməyi ilə yaranmış vakansiyalar və həmin vakansiyalara potensial namizədlər haqqında mərkəzləşdirilmiş qaydada məlumat almaq mümkündür. Sistemdə “qaynar” vakansiyalar, aparılmış müsahibələr və onların nəticələri ilə tanış olmaq, kadr resurslarından istifadə olunmasını planlaşdırmaq və bütün zəruri məlumatları bir mənbədən almaq mümkündür.

Eyni zamanda sistem, treninqlərin, seminarların, konfransların təşkilinin mərkəzləşdirilmiş qaydada, filial və regional nümayəndəliklərini cəlb etməklə aparmaq, treninqlərin nəticələrini izləmək, əldə edilmiş məlumatlar əsasında hesabatları çıxarmaq, uzaq filiallarda çalışan əməkdaşların məşğulluğuna və davamiyyətinə nəzarəti heç bir problemsiz həyata keçirmək kimi bütün imkanlara sahibdir.

Artıq bu imkanlardan istifadə etmək üçün AR Səhiyyə Nazirliyi, SGS, İdea, Hilton Otel, VEYSƏLOĞLU Şirkətlər Qrupu və onun tərkibinə daxil olan Entree kafelər şəbəkəsi, Araz Supermarketlər şəbəkəsi, OBA Supermarketlər şəbəkəsi, Ulduz şokolad fabriki, Сentron mağazalar şəbəkəsi və s. kimi iri şirkət və müəssisələr də Prospect ERP-nin təklif etdiyi ən müasir HRM sisteminin üstünlüklərindən yararlanır.

Prospect ERP şirkətinin təklif etdiyi həllərin ən böyük özəllikləri - aşağı qiymət, sifarişçilərin spesifikasına, ölkə qanunlarına ən yaxşı uyğunlaşma və interfeys, lokal texniki dəstək və siyasi proseslərlə bağlı təhlükəsizlikdir. Digər üstünlük isə yerli proqram təminatı servisinin asan, yaxın, alçatan və ən əsası Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə tam uyğun olmasıdır. Məhz buna görə də Prospect ERP məhsullarına olan maraq gün keçdikcə böyüyür və növbəti illərdə daha da artacağı gözlənilir.

http://www.prospect.az/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267