BİZNES

“İnvestisiyalar üzrə çempion” Onun var-dövləti 1.65 milyard dollara çatdı
02 APREL
419

“İnvestisiyalar üzrə çempion” Onun var-dövləti 1.65 milyard dollara çatdı

2018-04-02 00:03:00

Əfsanəvi  basketbolçu Maykl Cordan nəinki yaxşı idmançı, həmçinin bacarıqlı iş adamı imiş. Fins.az "Forbes" dərgisinə istinadən xəbər verir ki, 2006-cı ildə Maykl Cordon Şarlott Xornets klubun minoritar səhm sahibi olur. 2010-cı ildə isə o klubun satın alınması üçün 175 milyon dollar ödəməmişdən öncə gələcəkdə milyonlarla dolların klubun saxlanılma xərclərinə yönəldəcəyini bildirir. Xatırladaq ki, Maykl Cordon klubun səhmlərini alarkən miras borclarını da öz üzərinə götürüb. Lakin fevral ayında Forbes,  klubu 150 milyon borcu daxil  1.05 milyard dollar dəyərində qiymətləndirib. Bununlada Maykl Cordanın varidatı artmış olub. Qeyd edək ki,  klubun səhmlərinin 90% məşhur basketbolçuya aiddir.

Xornets basketbol klubuna gəldikdə isə 2004-ci ildən bu günə kimi 14 mövsüm ərzində artıq 11-ci dəfədir ki,  komanda play-off mərhələsinə çatmayıb.  Oyunları uğyrsuz başa vurmaqlarına baxmayaraq Xornets komandası Maykl üçün uğurlu sərmaye yatırımı olub. Hazırda 55 yaşlı Cordan dünya varlıları arasında 1477-ci yerdə qərarlaşıb. 

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258