BİZNES

Azərbaycanın xalis maliyyə aktivləri artıb
31 MART
270

Azərbaycanın xalis maliyyə aktivləri artıb

2018-03-31 19:36:00

2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 5,4 mlrd. dollar artıb. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2 564,4 mln. dollar), portfel investisiyaları (-80,9 mln. dollar), törəmə maliyyə alətləri (-3,8 mln. dollar) və digər investisiyalar (2 939,7 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 5,2 mlrd. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2 866,1 mln. dollar), neft bonusu (1,4 mln. dollar), portfel investisiyaları (2 588,0 mln. dollar  və digər investisiyalar (-237,5 mln. dollar) hesabına formalaşıb.

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5,7 mlrd. dollar olub. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyalarınstrukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil edib. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2 080,3 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (4 900.8 mln. dollar) kapitalın repatriasiyası (2 820,5 mln. dollar) arasındakı fərqdən formalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279