BİZNES

Azərbaycanın biznes inkubatorları əməkdaşlıq memorandumu imzalayıb
30 MART
978

Azərbaycanın biznes inkubatorları əməkdaşlıq memorandumu imzalayıb

2018-03-30 17:57:00

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır" mövzusunda tədbir keçirilib.  Tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin,texnoparkların, biznes inkubatorların iştirakçıları, startap nümayəndələri  və bu sahədə ixtisaslaşmış ekspertlər iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bisnes inkubatorların yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması sahəsində görülmüş işlər və treyninqlər barədə məlumat verib. 

Tədbirdə bir sıra startaplar o cümləhədən "RainEnergy" və digər layihələr haqqında təqdimatlar olub. Sonda isə 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256