BİZNES

Gürcüstanda iqtisadi artım göstəricisi məlum olub
30 MART
542

Gürcüstanda iqtisadi artım göstəricisi məlum olub

2018-03-30 15:31:00

Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,5% təşkil edib. Fins.az xəbər verir ki, APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında ÜDM 4,9% artıb.

 Fevral ayının digər əsas iqtisadi göstəricilərinə əsasən, Gürcüstanda istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,2% artıb, xarici ticarət dövriyyəsinin həcmi isə 16,3% artaraq 1 mlrd. 683,5 min dollar təşkil edib. Qonşu ölkədə ötən ay 4 250 müəssisə qeydiyyata alınıb ki, bu da yanvar ayına nisbətdə 12,9% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 693,1 mln. lari, xərcləri isə 683,9 mln. lari təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255