BİZNES

"Ulduz" şokoladları yeni xarici bazarlara çıxacaq" -İlqar Nuri
29 MART
233

"Ulduz" şokoladları yeni xarici bazarlara çıxacaq" -İlqar Nuri

2018-03-29 12:57:00

"Ulduz" şokoladları 20-dən çox ölkəyə ixrac edilir. Fins.az xəbər verir ki, bunu "Veysəloğlu" şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri deyib. Onun sözlərinə görə, ixrac əsasən MDB ölkələri ilə bağlıdır. İstehsal edilən məhsulların 20%-i xarici bazarlara ixrac edilir. O cümlədən, qrupun Gürcüstanda 7 ildir ki, "VG" şirkəti fəaliyyət göstərir. Bu şirkət də Gürcüstan bazarında "Ulduz" şokoladlarının satışını həyata keçirir və artıq bu bazarda özünə yer tapa bilib. Eyni zamanda şirkətin istehsal etdiyi karamellər də xarici bazara çıxarılır.

Şirkət istehsal gücünü daha da artırmaq istiqamətində də çalışır: “İstehsal gücümüzün artması bizim qısa zamanda ixracat və potensialımızı artıracaq, həm də daxili bazarda genişlənərək idxal olunan məhsulların payının aşağı düşməsi ilə nəticələnəcək”.  İ.Nuri bildirib ki, şirkət eyni zamanda yeni xarici bazarlara çıxmağı planlaşdırır. 

Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279